Müəllif:Mehin Qasımova/Banco.az
Birja indekslərini hesablayan nüfuzlu Amerika indeks provayderi MSCI trilyonlarla dollar dəyərində Çin səhmlərinin çökməsi fonunda 66 şirkətin milli MSCI Çin indeksindən çıxarıldığını elan edib.
Banco.az xəbər verir ki, bu barədə Bloomberg şirkətin rüblük icmalına istinadən məlumat yayıb.
Siyahıya yalnız beş yeni şirkət daxil ediləcək. Bu, MSCI Çinin son iki ildəki ən böyük endirimidir. Dəyişikliklər fevralın 29-da ticarət bitdikdən sonra qüvvəyə minəcək. Çindən əlavə, onlar MSCI Bütün Ölkələr Dünya İndeksinə təsir edəcəklər.
Məlumata görə, provayderin qərarı özünə dayaq axtaran və gələcək enişin qarşısını almağa çalışan Çin fond bazarına ciddi zərbə ola bilər. İndi MSCI mərkəzli fondlar indeksdən düşmüş səhmləri öz portfellərindən çıxarmalı olacaqlar ki, bu da yeni satışlara və müvafiq olaraq bazarın azalmasına səbəb olacaq.
Materialda Çin bazarının dünyada çəkisinin getdikcə azaldığı qeyd edilir. İnvestorlar getdikcə artan Hindistan səhmlərinə, eləcə də etibarlı Amerika və Avropa qiymətli kağızlarına üstünlük verirlər. Həmçinin Yaponiyanın Nikkei 225 indeksi 1990-cı ildən bu yana maksimuma çatıb. Pekinin birjaya dəstəyi yalnız qısamüddətli nəticələr verir, bundan sonra səhmlər yenidən ucuzlaşır.
Bizi sosial şəbəkələrdən izləyin!!