Enerji böhranı Avropada ölüm hallarının sayını artıra bilər | Banco.az

Enerji böhranı Avropada ölüm hallarının sayını artıra bilər

Müəllif - Aida İsaq, Banco.az

Bu qış Avropada ölüm hallarının sayı arta bilər. Buna səbəb olaraq isə elektrik enerjisinin qiymətinin artması, pis hava şəraiti və epidemiyalar göstərilir. Banco.az xəbər verir ki, bunu “The Economist” proqnozlaşdırıb.

Məlum olub ki, dekabr-fevral aylarında Avropa ölkələrində həftəlik ölüm halları yay ayları ilə müqayisədə 21 faiz artıb. Eyni zamanda, qış mülayim keçərsə, ölüm nisbəti orta hesabla 32 min nəfəri keçə bilər. Həmçinin, qışın soyuq keçməsi buraya 335.000 ölüm sayının əlavə olunması deməkdir.

Beləliklə, kəskin temperatur dəyişikliklərinin və mövsümi qriplərin ölüm sayını artıracağı bildirilir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram