Ənənəvi üsulla enerji istehsalçılarının səhmlərinə investisiya qoyuluşu azalmaqdadır | Banco.az

Ənənəvi üsulla enerji istehsalçılarının səhmlərinə investisiya qoyuluşu azalmaqdadır

Ənənəvi üsulla, yəni neft, qaz və kömür istifadə etməklə enerji istehsal edən şirkətlərin səhmlərinə investisiyalar 2012-ci ildən bəri 11 trilyon ABŞ dolları azalıb. 

Məlumata görə, bununla bağlı ekoloji təmiz enerji istehsalını təbliğ edən "Divest Invest" hərəkatı məlumat yayıb. Məlumatda bildirilir ki, sözügedən məbləğ 2018-ci ildə qlobal kapital bazarının həcminin 16%-i qədər olub. 

Ən sərfəli kredit üçün müraciət et

Ənənəvi üsulla enerji istehsalı nəticəsində baş verən iqlim dəyişikliyini qlobal təhlükə hesab edən investorların sayının 1 110-a çatdığı deyilir. "Divest İnvest" bu rəqəmin 2020-ci ilin yekununda 2 020 olacağını, yatırımlardakı azalmanın isə 15 trilyon dollara çatacağını proqnozlaşdırır. 

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et