Ən sərfəli debet kart hansıdır? | Banco.az

Ən sərfəli debet kart hansıdır?

E-ticarətin payının artması nağdsız əməliyyatlar aparmaq üçün insanlarda bank kartlarına marağı artırır. Təkcə son bir il ərzində bu əməliyyatların həcmində 62% artım müşahidə olunub. 

Əgər siz də bank kartı almaq istəyirsinizsə, lakin seçim edə bilmirsinizsə, bu araşdırma tam sizin üçündür. Bu məqalədə bankların debet kartları ilə bağlı suallarınıza cavab tapacaqsınız.

Həmçinin bax: Bankların sərfəli debet kartları - 2022

Qeyd edək ki, araşdırma yalnız bankların sadə (adi) debet kartlarını əhatə edir.

İlk növbədə kartın məbləği və müddətidir ki, bununla aşağıdakı cədvəldən tanış ola bilərsiniz. Bundan əlavə kartın valyutası da önəmlidir. Banklar bu kartı almaq istəyənlər üçün minimum 2, maksimum 4 valyuta seçimi təklif edirlər. Onu da vurğulayaq ki, kartları yalnız bir valyutada almaq mümkündür (Bankların bunlardan başqa bir neçə valyutanı özündə cəmləşdirən multivalyutalı kartları da var). 

Kartların müddəti 1, 2, 3, 4 və ya 5 illikdir. Müddətinə uyğun olaraq da qiymətləri qeyd olunub. Nümunə olaraq Expressbankın təklif etdiyi Expresso Standard kartda 1 illik kartın qiyməti 5 AZN, 2 illik 10 AZN, 3 illik 15 AZN və 4 illik isə 20 AZN-dir. 

Bank kartları nə qədər nağdsız əməliyyatlar aparmaq niyyəti ilə alınsa da, bəzən nağd pula da ehtiyac yaranır. Bunun üçün nağdlaşdırma zamanı bankların komissiyalarını bilməkdə fayda var. Hansı bank kartı daha az komissiya tutur sualın isə aşağıdakı cədvəldən tanış ola bilərsiniz.

Ən sərfəli kredit üçün müraciət et

Hər kəsin diqqəti cəlb edən isə son dövrlərdə aktual olan kəşbək (cashback) məsələsidir. Bu məbləğ nə qədər xırda olsa da, insanları özünə cəlb edir. Bəs ən çox kəşbək hansı bank kartındadır?

Onu da vurğulayaq ki, qeyd olunan faizlər maksimum həddi göstərir.

Digər əsas məqamlardan biri də kartda qalan məbləğə görə faiz gəlirinin hesablanmasıdır. Hansı bank kartı daha çox gəlir gətirir?

İnfoqrafik: Tahir Əsgərli, Banco.az

Araşdırma: Tərlan Qəhrəmanova, Banco.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram