Ən yaşıl mərkəzi banklar açıqlanıb | Banco.az

Ən yaşıl mərkəzi banklar açıqlanıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Dünyanın ən yaşıl mərkəzi bankları açıqlanıb.

Banco.az xəbər verir ki, Böyük Britaniyada yerləşən “Positive Money” qeyri-kommersiya təşkilatı “Yaşıl Mərkəzi Bank Hesabat”ını hazırlayıb.

G20 mərkəzi bankları tərəfindən qəbul edilən bütün yaşıl siyasət və təşəbbüsləri nəzərə alan 2024-cü il reytinqinə əsasən, ən yaşıl mərkəzi bank Fransa Bankı olub.

Reytinqdə 130 xaldan 96 xal toplayan Fransanı 91 xalla Almaniya İtaliya mərkəzi bankları izləyir. Avropa Mərkəzi Bankı (ECB) isə 87 xalla dördüncü yerdə qərarlaşıb.

Çin və Braziliyanın mərkəzi banklarının da yüksək xal aldığı görülür.

Ən sərfəli kredit üçün müraciət et

Digər tərəfdən, ABŞ Federal Ehtiyat Sisteminin (FED) aşağı xal göstərməsi diqqət çəkib. Belə ki, FED 15 xalla 17-ci yerdə qərarlaşıb. Təşkilat bildirib ki, FED-in ekoloji riskləri aradan qaldırmaq üçün fəaliyyət göstərməməsi qlobal narahatlıq doğurur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et