Ən ucuz "Tesla" avtomobilləri hansı ölkədə satılır? | Banco.az

Ən ucuz "Tesla" avtomobilləri hansı ölkədə satılır?

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Tesla” elektromobillərinin qiyməti ölkədən ölkəyə fərqli olsa da, bu məbləğ 60 min dollara qədər çata bilər.

Banco.az xəbər verir ki, ABŞ-ın aparıcı elektromobil istehsalçısı “Tesla” şirkətinin dünyada çox məşhur olan “Model Y” avtomobili bu il ən çox satılan beş model arasındadır və bu uğuru əldə edən yeganə elektrik avtomobili olmaq üzrədir.

İlk 9 ay ərzində dünyanın müxtəlif yerlərində 500 mindən çox insan sözügedən nəqliyyat vasitəsini satın alıb ki, modelin qiyməti ölkədən-ölkəyə dəyişir.

Çin “Model Y” əldə etmək üçün dünyanın ən ucuz yeri sayılır. Belə ki, ötən ayki qiymət endirimlərindən sonra bu model Çində 288 900 yuandan (40 500 ABŞ dolları) başlayır ki, bu da ABŞ-ın pərakəndə satış qiymətinin yarısından bir qədər çoxdur.

Ən sərfəli kredit üçün müraciət et

Digər tərəfdən, satış qiymətləri araşdırıldığında Sinqapurun isə “Tesla” elektromobili almaq üçün dünyada ən bahalı ölkə olduğu aşkara çıxır. Bu ada ölkəsində dörd qapılı yolsuzluq avtomobilinin alınması 142 471 Sinqapur dollarına (103 800 ABŞ dolları) başa gəlir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et