Ən təhlükəsiz sosial media platforması hansıdır? | Banco.az

Ən təhlükəsiz sosial media platforması hansıdır?

“AdColony” ve “Nielsen”in araşdırmasına görə, 18-55 yaş arası insanlar arasında ən təhlükəsiz hesab olunan sosial media platforması “LinkedIn” seçilib.

Facemark.az xəbər verir ki, istifadəçilərin “LinkedIn”dən istifadəyə üstünlük verməsinin səbəbi platformada təhlükəsiz kontentlərin olması və sadəcə iş axtarmaq üçün istifadə edilməsi dayanır.

Araşdırmanın nəticələrinə görə, istifadəçilərin 24%-i həftədə 3-4 gün “LinkedIn”ə daxil olur. Onların 20%-i isə hər gün “LinkedIn”i yoxlayır. Xüsusilə 18-44 yaş arası insanların sayta daxil olma aralığı isə 2,7 gündür.

-“LinkedIn” istifadəçiləri platformada 14:00 -18:00-da daha aktiv olurlar;

Ən sərfəli kredit üçün müraciət et

- 25-34 yaş qrupu insanların isə platformada aktiv vaxt keçirdikləri zaman aralığı isə 12:00-14:00 arası hesab olunur;

18-24 yaş arası insanlara “LinkedIn”ə yenilikdən xəbərdar olmaq, 35-44 yaş arası insanlar özlərini inkişaf etdirmək, 45-54 yaş arası istifadəçilər isə network (yeni əlaqələr) yaratmaq üçün platformaya daxil olurlar.

Platformada paylaşılan reklamlara gəldikdə isə, istifadəçilərin 56%-i isə “LinkedIn”də paylaşılan reklamları daha diqqət çəkici görür. Onların 58%-i düşünür ki, adıçəkilən sosial platformada paylaşılan reklamlar onları narahat etmir. İstifadəçilərə görə, platformada bezdirici reklamları görmək faizi təxminən 15%-dir.

Ən sərfəli krediti almaq üçün müraciət et