Ən sürətli blokçeyn seçilib | Banco.az

Ən sürətli blokçeyn seçilib

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Ən sürətli blokçeynlər arasında Solana birinci olaraq seçilib.

Banco.az xəbər verir ki, "CoinGecko” platformasının hesabatına əsasən, Solano blokçeynində 1 saniyədə orta gündəlik əməliyyat sayı (TPS) cari ilin aprelin 6-da rekord həddə çataraq 1504 olub.

Bu, Solana-nı Ethereum-dan 46 dəfə və Ethereum miqyaslı həllər arasında ən yüksək TPS-ə malik olan Polygon-dan 5 dəfədən çox sürətli edir.

Ən sürətli blokçeyn kimi sıralanmasına baxmayaraq, Solana hələ də nəzəri maksimum 65.000 TPS sürətinin yalnız 1,6%-nə nail olub. 
İkinci ən sürətli blokçeyn Sui olub. Bu blokçeyndə bir saniyədə orta gündəlik əməliyyat 2023-cü ilin iyul ayında 854 olub. Bu ilin ən yüksək real TPS-ni qeyd edən blokçeyndir. 
Sıralamada BSC və Poliqon da  Ethereum miqyaslı həllər arasında aparıcı olanlardan sayılır. 

Ən sərfəli kredit üçün müraciət et

25 blokçeyndən 24-ü son bir ildə Tron və zkLink Nova 12 iyun 2023- cü il tarixindən 2024-cü ilin Mayın 13-nə qədər  ən yüksək real TPS-ni yaşayıb. Yeganə istisna olan Thorchain-dir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et