Ən sərfəli miles kart hansıdır? | Banco.az

Ən sərfəli miles kart hansıdır?

Bank kartları arasında güclü rəqabətin olması daha çox müştəri cəlb etmək üçün bankların kartların funksionallığını artırmasına gətirib çıxarır. İnsanlar artıq məhsulun qiyməti ilə yanaşı əlavə funksiyalara da diqqət yetirirlər. Məsələn, kartda kəşbək, depozit gəlirinin hesablanması, əməliyyatlar zamanı daha az komissiya tutulması və ya tamamilə komissiyasız olması insanlar üçün daha cəlbedicidir. Baxmayaraq ki, bütün bunlar üçün komissiya və ya qazanc çox kiçik olur. Kartların növündən asılı olaraq onların funksiyaları da dəyişir. 

Həmçinin bax: Bankların sərfəli debet kartları - 2022

Bu dəfə sizə bankların miles kartlarından bəhs edəcəyik. Bu kartların oxşar tərəfi nağdsız ödənişlər zamanı millərin toplanmasıdır. Ən əsas məqam isə bu millər vasitəsilə təyyarə bileti almaq mümkündür.

İndi isə gəlin bankların miles kartları ilə ətraflı tanış olaq. İlk növbədə kartların müddəti və qiymətlərinə nəzər yetirək. Onu da qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankda yalnız AZN valyutalı kartlar,  PAŞA Bankda isə AZN ilə yanaşı, USD valyutalı kartlar da mövcuddur (Platinum - 60 USD, Black - 150 USD, Elite - 350 USD). Digər banklarda isə bu kartları 3 valyutada (AZN, USD, EUR) əldə etmək mümkündür.

Onu da əlavə edək ki, PAŞA Bankda  “Card upgrade” imkanı da vardır. Bununla, kart sahibləri kartın qiymətindən daha az ödəniş etməklə öz kartını daha yüksək statuslu karta dəyişə bilir. Platinum kart sahibləri kartlarını Black kartlarına dəyişmək üçün 150 AZN və ya 90 USD, Elite kartlarına dəyişmək üçün isə 500 AZN və ya 300 USD ödəniş etməlidir. Black kartı Elite kartına dəyişmək istədikdə isə 350 AZN və ya 200 USD ödəniş tələb olunur. Bu isə müştərilərin əlavə xərclərinin qarşısını alır.

Yuxarıda bu kartları digərlərindən fərqləndirən cəhətin millərin toplanması olduğunu qeyd etmişdik. Bəs bu millər nədir? Nağdsız əməliyyatlar zamanı xərclənilən pulun bir hissəsi mil olaraq balansa geri qayıdır. Qeyd edək ki, bu, kommunal ödənişlər, mobil operator ödənişləri, hökümət ödənişləri, vergi ödənişləri, kredit/ipoteka ödənişləri, kart transferi və bu kimi əməliyyatlar üçün keçərli deyil. Lakin PAŞA Bankın mobil tətbiqi ilə bu tipli ödənişlərə də millər hesablanır. Birbank ilə kredit və dövlət ödənişləri istisna, digər ödənişlərdə millər hesablanır.  Partnyor şəbəkələrdə ödənişlər isə daha çox mil qazandırır. Bankların partnyor şəbəkələri ilə aşağıdakı cədvəldə qeyd edilən linklər vasitəsilə tanış ola bilərsiniz.

Banklar

Partnyor şəbəkəsi

ABB

https://bit.ly/3zzwciW

Bank of Baku

https://bit.ly/3vRQNO4

Kapital Bank

https://bit.ly/3yZtQdH

PAŞA Bank

https://bit.ly/3uQ12Ry

Premium Bank

https://bit.ly/3pkaWK8

Unibank

https://bit.ly/2RjXCsy

Bundan əlavə banklar bu kartlardan ilk istifadə zamanı yeni müştərilərinə hədiyyə millər verirlər. Bu millərin hesablanması üçün bankların qoyduğu müddətdə və məbləğdə nağdsız əməliyyatlar həyata keçirmək lazımdır. Millərin sayı kartın statusundan asılı olaraq dəyişir. Bankların miles kartları üzrə “Xoş gəldin” milləri ilə bağlı ətraflı məlumatı aşağıdakı cədvəldən öyrənə bilərsiniz.

Millər necə hesablanır? Millərin sayı etdiyiniz nağdsız ödənişin məbləğinə və həmin mağazanın bankın partnyoru olmasına görə dəyişir. Həmçinin bu, müvafiq kartın statusundan da asılıdır. 

Toplanan millərin istifadə müddəti PAŞA Bank və Unibankda kartın müddəti ilə eynidir. Digər banklarda isə bu fərqlənir. Millərin istifadə müddətinə aşağıdakı cədvəldən baxa bilərsiniz.

Bəs millərlə necə bilet almaq mümkündür?  Aşağıdakı cədvəldə isə millərin manat qarşılığı qeyd olunub. Bu məlumatlardan istifadə edərək topladığınız millərin AZN ekvivalentində dəyərini öyrənə bilərsiniz. Bu hesablama üsulu PAŞA Bank və Premium Bank üçün keçərli deyil.

PAŞA Bankda bu millər müştərinin Türkiyə Hava Yollarının (THY) TK nömrəsində toplanılır. Həmin nömrədə yığılan millər daha sonra müvafiq istiqamətlərə THY-nin təyin etdiyi məbləğ üzrə biletə dəyişdirilir.  Əlavə olaraq məlumat verək ki, TK nömrəsi THY-nin sərnişin proqramının bir hissəsi olan fərdi identifikasiya nömrəsidir. Əgər kart alan şəxslərdə bu nömrə olmadıqda, bank tərəfindən avtomatik olaraq açılır. 

Premium Bankda isə müəyyən istiqamətlərə Azərbaycan Hava Yollarının (AZAL) təyin etdiyi məbləğ üzrə biletə dəyişdirilir.

PAŞA Bankda topladığınız milləri yalnız THY-nin, Bank of Baku və Premium Bankda isə yalnız AZAL-ın biletləri ilə dəyişmək mümkündür. Digər banklarda isə bu funksiya istənilən aviaşirkət üçün keçərlidir. 

Millər yalnız nağdsız əməliyyatlar zamanı toplansa da, bu kartdan nağd vəsaitin çıxarılmasını istisna etmir. Nağdlaşdırma faizi bankın öz bankomatlarında və digər bankların bankomatlarında fərqlidir. Faizlərlə cədvəldən tanış ola bilərsiniz.

Bu kartların digər kartlardan fərqli xüsusiyyətləri var. Bunlara millərdən və bu millərin təyyarə biletinə dəyişdirməkdən əlavə, biznes zallarına giriş imkanı, konsyerj xidməti, SMS məlumatlandırmadan və mobil tətbiqdən pulsuz istifadə imkanı və s. daxildir.  “Lounge key”   proqramı ilə biznes zallarından istifadə sayı isə kartlardan asılı olaraq dəyişir. Bu barədə məlumatı isə aşağıdakı cədvəldən əldə edə bilərsiniz.

Bundan başqa isə bu kartların məxsus olduğu banklardan asılı olaraq özünəməxsus üstünlükləri var. Gəlin onlarla ətraflı tanış olaq.

ABB - bank nağdsız ödənişlər zamanı millər versə də, kartdakı qalıq məbləğə də 3% gəlir hesablayır. Bu gəlir isə hesaba millərin ekvivalenti şəklində əlavə olunur. Digər bir üstünlük isə odur ki, milləri təkcə aviabiletə deyil, otel xidmətlərinin ödənişlərinə də dəyişə bilərsiniz. Kart sahiblərinə təqvim ili ərzində dünyanın əksər hava limanlarında biznes zallara 2 dəfə pulsuz giriş imkanı verilir. Biznes zallara giriş isə şəxsin səyahət etdiyi aviaşirkətdən asılı olmayaraq keçərlidir. Bundan əlavə, Mastercard Concierge chatbot xidmətindən istifadə etmək də mümkündür. Kart istifadəçiləri bu xidmət vasitəsilə işgüzar səfərlər və səyahətlərin istiqamətləri ilə bağlı məlumat və məsləhətlər - şəhər bələdçisi, biznes etiketləri, pasport və viza tələbləri, meteo şərait və digər çoxsaylı faydalı məlumatları istənilən vaxt əldə edə bilərlər.

ABB Miles Premium kart sahiblərinə isə əlavə olaraq Mastercard Biznes zallarına bir çox şəhərlərdə 24/7 pulsuz giriş imkanı verilir. Bu şəhərlərlə linkə keçid etməklə tanış ola bilərsiniz: https://www.mastercard.ru/ru-ru/consumer/features-benefits/lounges.html

Bank of Baku - bu bankın əsas üstünlüyü səyahət sığortasının olmasıdır. Lakin bu sığortadan istifadə etmək üçün bankın öz şərtləri də var. Bundan əlavə, 100 manatdan az olmayan qalığa illik 5% gündəlik əsasda gəlir əldə edilir. Bu xidmət yalnız AZN valyutasında olan kartlar üzrə tətbiq edilir. Növbəti üstünlük Priority Pass kartıdır. Bu sizin dünyanın istənilən hava limanlarında nüfüzlu VIP zallara keçid kartınızdır. Bu xidmət sizin hansı aviaşirkət və hansı sinif ilə uçmağınızdan asılı olmayaraq bütün Priority Pass kart sahiblərinə təqdim olunur. Bundan əlavə kart sahibləri tibbi və hüquqi məlumat xidməti, beynəlxalq endirim təklifləriVisa Luxury Hotel Program-ından istifadə edə bilər.

Kapital Bank - bankın təqdim etdiyi Birkart Miles kartında da hesab qalığına görə illik 2% gəlir hesablanır. Bu da hesaba millər şəklində daxil olur (1 AZN = 65 Mil). Kart milləri Türk Hava Yolları millərinə konvertasiya imkanı da verir. Lakin bu zaman 2 BirKart mili 1 Türk Hava Yolu mili olaraq transfer edilir. Lounge key zallarına girişdən əlavə, MasterCard Airport Experiences xidmətindən də yararlanmaq mümkündür.

PAŞA Bank - bu kartların ən əsas üstünlüyü konvertasiya komissiyasının olmamasıdır. Kartın valyutasından fərqli valyutada ödəniş etdikdə, məbləğ  sadəcə Mərkəzi Bankın cari məzənnəsinə uyğun konvertasiya olunur. Buna görə bank əlavə komissiya tutmur.

Digər üstünlük kartın TK nömrəsinə bağlı olan əlavə “Supplementary” kartlarıdır. İstifadəsi daha çox ailə üzvləri üçün əlverişlidir. Ailədə bir nəfərin kartı əsas kart olur və digərlərinin də əldə etdiyi millər həmin əsas hesabda toplanır. Bu kartların əsas kartlardan fərqi yalnız xoşgəldin millərinin olmamasıdır.

Bankın Platinum kartında  ildə 2 dəfə Heydər Əliyev adına Beynəlxalq Hava Limanında “fast track” xidmətindən istifadə imkanı da var.  Eyni zamanda bu kart sahibləri  ildə 2 dəfə ödənişsiz COVID-19 testindən yararlana bilər.

Həmçinin bank Elite kart sahiblərinə 3 il müddətinə pulsuz səyahət sığortası verir. Sığortanın yenilənməsi ildə bir dəfə həyata keçirilir. Bundan əlavə, kart sahibləri bütün ödənişlərdən ikiqat millər qazanır. Millərin iki mislinin hesablanması 1 ay ərzində,yəni müştərinin ad günündən 15 gün əvvəl və 15 gün sonrakı müddət ərzində edilən ödənişlərə aiddir. Lakin bu partnyor şəbəkəsində edilən ödənişlərə şamil olunmur. Kampaniya sentyabradək qüvvədədir.

Bankın Miles and Smiles kart sahibləri dünyadakı 1000-dən çox Lounge Key biznes zallarına giriş haqqına malikdirlər. Bu kart sahibləri dünyanın istənilən hava limanında Lounge Key – Biznes gözləmə zallarından limitsiz və pulsuz istifadə etmə imkanı əldə edir. Əgər kart sahibi tək deyilsə və onunla birlikdə olan digər şəxslərin də qeyd olunan xidmətdən faydalanmağını istəyirsə, bu halda digər şəxslərə görə ödəniş tətbiq olunacaq və həmin məbləğ kart sahibinin hesabından çıxılacaq.

Digər üstünlük isə illik ödənişli kartların olması və bu kartlarda əlavə şərtsiz millərin hesablanmasıdır. Bu barədə məlumat 1-ci və 2-ci cədvəllərdə qeyd olunub.

Premium Bank Mastercard Black Edition Miles/ Visa Signature Miles kart sahiblərinin isə Heydər Əliyev adına Beynəlxalq Hava Limanında A zonasında 1-ci Terminalda “Priority” qeydiyyat masasından istifadə hüququ vardır. Qeydiyyat xidmətindən kart sahibi ilə birgə səyahət edən şəxslər də istifadə edə bilərlər. Bundan başqa bu kart sahiblərinin ayrı-ayrı imtiyazları da var.

Mastercard Black Edition Miles sahibləri Priority Pass kartı hədiyyə, dünyanın istənilən hava limanlarında yerləşən 1100-dən artıq VIP-zaldan sərbəst istifadə hüququ, Kiyev, Praqa, Vyana, Budapeşt, Buxarest, Tbilisi, Batumi Mastercard Business Lounge zallarına pulsuz giriş və 74,500 EUR-dək sığorta təminatı olan pulsuz səyahət sığortası kimi əlavə üstünlüklər əldə edirlər.

Visa Signature Miles sahibləri isə Heydər Əliyev Beynəlxalq Hava Limanında "Visa Fast Line" xidmətindən ildə 10 dəfə pulsuz istifadə edə bilərlər. Səyahət edənlərə beynəlxalq tibbi yardım və informasiya yardımı, Sağlam Ailə və Ultralab şəbəkəsində Visa Chatbot Konsyerji vasitəsilə ildə 4 dəfə pulsuz COVID-19 testini sifariş edə bilərlər. Minsk, Kiyevin Borispol milli hava limanında “Fast track” xidməti, Kiyevin Borispol hava limanında baqajın pulsuz qablaşdırılması (ildə 2 ədəd), Kiyev və Borispol hava limanlarında Uber-in xidmətlərinə 50% endirimdən faydalana bilərlər.

Unibank - bu bank da öz müştərilərini pulsuz səyahət sığortası ilə təmin edir. Lakin sığorta üçün 7 gün öncədən müraciət edilməlidir. Bundan əlavə səfirliyə VİZA almaq üçün pulsuz arayış təqim edir. Hesabda qalığa görə isə 3% gəlir hesablanır.

Sonda isə onlayn kart sifarişi üçün linkləri qeyd olunub. Bu kartlardan faydalanmaq üçün linklərə keçid etməklə sifariş verə bilərsiniz.

Banklar

Onlayn kart sifarişi

ABB

https://bit.ly/2V9p3Ha və ya

https://bit.ly/2THYKHr

Bank of Baku

https://bit.ly/3gdJaL4 və ya

https://bit.ly/3vVrJFP

Kapital Bank

https://bit.ly/3wUVvKY və ya

https://bit.ly/3iib3ob

PAŞA Bank

https://bit.ly/3x2exPN

Premium Bank

https://bit.ly/3ihUBEh

Ən sərfəli kredit üçün müraciət et

İnfoqrafik: Tahir Əsgərli, Banco.az

Araşdırma: Tərlan Qəhrəmanova, Banco.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram