Bu araşdırmamızda bankların kartdakı qalıq məbləğə depozit faizi hesablayan debet kartları ilə ətraflı tanış olacağıq. Kartın faiz gəliri və ya depozit faizi dedikdə, kartda olan məbləğin müəyyən faizinin həmin məbləğin üzərinə əlavə olunmasıdır. Araşdırma kartların depozit faizləri ilə yanaşı, onların kəşbək faizləri, partnyorları, qiymətlərini və s. əhatə edir. Kəşbək isə xərclədiyiniz pulun bir hissəsinin balansınıza qayıtması prosesidir. Debet və ya kredit kartları ilə alış-veriş edərkən xərclənən məbləğin bir hissəsi və ya müəyyən faizi karta geri qayıdır. Bəzi banklarda isə ayrıca bonus şəklində toplanır. Həmin bonusları hər hansı məhsul və ya xidmətə dəyişmək olur. Kəşbək xərclədickə qazandırır, depozit faizi pulun isə kartda qaldığı halda qazandırır.
Araşdırmada həm sadə, həm də premium kartlar yer alıb. Məqalədə yalnız depozit faizi olan debet kartlar qeyd olunub.
Öncə kartdakı qalığa görə faiz verən kartların siyahısını gözdən keçirək. Siyahı çoxdan aza doğru sıralanıb. Faizlər 2-7% arasında dəyişir. Siyahıya Yelo Bank birincilik edir. Lakin bundan əlavə bu faiz daha da artma imkanı vardır. Yelo Light kartında ay ərzində minimum 300 AZN onlayn və POS terminallar vasitəsilə alış-veriş etdikdə, Yelo Premium kartında isə aylıq ən azı 700 AZN məbləğində alış-veriş etdikdə depozit faizləri artır.
Bankın adı |
Kartın adı |
Faiz gəliri |
Yelo Bank |
Yelo Premium |
7% |
AccessBank |
myCard Lux |
6% |
Rabitəbank |
Kartmane Premium |
6% |
AccessBank |
myCard Premium |
5% |
Azər Türk Bank |
ATB Card |
5% |
Bank of Baku |
Bütün Bolkart debet kartları |
5% |
Bank Respublika |
NeoKart Premium |
5% |
Expressbank |
Expresso Platinum |
5% |
Muğanbank |
Bütün debet kartlar |
5% |
Yelo Bank |
Yelo light |
5% |
AccessBank |
myCard Standard |
4% |
Expressbank |
Expresso Gold |
4% |
Rabitəbank |
Kartmane |
4% |
TuranBank |
Universal |
4% |
ABB |
TamKart Platinum/ |
3% |
Bank Respublika |
NeoKart Standard |
3% |
Expressbank |
Expresso Standard |
3% |
Unibank |
Albalı Debet |
3% |
ABB |
TamKart (Standart, Classic)/ |
2% |
Depozit faizlərinin hesablanması üçün bəzən minimum və ya maksimum məbləğ və yaxud da hər ikisi tələb olunur. Yelo Bank və AccessBankda isə faiz hesablanması üçün heç bir əlavə tələb yoxdur.
Bankın adı |
Faiz hesablanacaq minimum məbləğ |
Faiz hesablanacaq maksimum məbləğ |
yoxdur | yoxdur | |
yoxdur | yoxdur | |
yoxdur | 25000 | |
yoxdur | 10000 | |
ABB |
yoxdur | 5000 |
100 | yoxdur | |
100 | yoxdur | |
100 | 10000 | |
100 | 10000 | |
300 | 100000 | |
300 | yoxdur |
Depozit faizlərindən əlavə, kart sahibləri bu kartların kəşbək imkanlarından faydalana bilər. Bu kəşbəklər bankların mağazalarla əməkdaşlıq etməsindən asılı olaraq dəyişir. Partnyor mağazalarda digərlərinə nisbətən daha çox kəşbəklər hesablanır.
Bankların kəşbək faizləri (partnyor mağazalarda) |
|
Bank |
Kəşbək |
45%-dək | |
30%-dək | |
30%-dək | |
30%-dək | |
30%-dək | |
30%-dək | |
25%-dək | |
ABB |
20%-dək |
Bank Respublikanın NeoKartlarında hər xərclənən 1 manata görə 20 bonus qazanırsınız. Daha sonra qazanılan bonusları nağd vəsaitə, millərə, danışıq dəqiqələrinə, mobil internetə və s. dəyişə bilərsiniz. Bonusları bütün mağazalarda alış-veriş zamanı qazana bilərsiniz. |
İndi isə partnyor olmayan mağazalarda kəşbək faizləri ilə tanış olaq. Kəşbək faizləri 0,3-10% arasında dəyişir. Yelo Bankda depozit faizlərində olduğu kimi, Yelo Light kartında ay ərzində minimum 300 AZN, Yelo Premium kartında isə aylıq ən azı 700 AZN məbləğində onlayn və POS terminallar vasitəsilə alış-veriş etdikdə kəşbək faizləri də artır.
Bankların kəşbək faizləri (partnyor olmayan mağazalarda) |
|
Bank |
Kəşbək |
10%-dək | |
5%-dək | |
3%-dək | |
ABB |
1,5%-dək |
1,5%-dək | |
0,3%-dək | |
0,3%-dək |
Bankların əməkdaşlıq etdiyi mağazalarla isə aşağıdakı cədvəldən tanış ola bilərsiniz. Cədvəldə bankların qarşısında qeyd olunan linkə daxil olaraq həmin mağazalar və onların kəşbək faizləri barədə məlumat əldə edə bilərsiniz.
Banklar | Partnyorlar |
İndi isə həmin kartların qiymətləri ilə yaxından tanış olaq. Kartların müddəti 1-5 il arasında dəyişir. Bu siyahıda yalnız 3 illik kartlar qeyd olunub. Bəzi banklarda 3 illik deyil, yalnız 5 illik kart olduğundan həmin kartların qiyməti qeyd olunub.
Bankın adı | Kartın adı | Kartın qiyməti (3 illik - AZN) |
Qeyd |
Azər Türk Bank | ATB | Pulsuz | |
Unibank | Albalı Debet | 10 | Kartın müddəti 5 ildir. |
ABB | TamKart MC Standard TamKart VISA Classic |
10 | Kartın müddəti 5 ildir. |
Yelo Bank | Yelo light | 15 | |
Expressbank | Expresso Standard | 15 |
Bu növ kartın 4 illik müddətli kartının qiyməti 20 AZN-dir. |
Muğanbank | Visa Classic Mastercard Standard |
15 | |
Bank of Baku | Bolkart Gənc Debet | 16 | |
Bank of Baku | Bolkart Ailə Debet | 18 | |
Bank Respublika | NeoKart Standard | 20 | |
TuranBank | Universal | 25 | |
Bank of Baku | Bolkart Gold Debet | 50 | |
Rabitəbank | Kartmane | 50 |
Kartın müddəti 5 ildir. İllik xidmət haqqı 10 AZN olaraq tutulur. |
ABB | TamKart VISA Gold Debet TamKart MC Gold Debet |
50 | Kartın müddəti 5 ildir. |
AccessBank | myCard Standard | 55 |
Kartın müddəti 5 ildir. İllik xidmət haqqı ilk il üçün 15 AZN, növbəti illərdə isə 10 AZN olaraq tutulur. |
Expressbank | Expresso Gold | 60 |
Bu növ kartın 4 illik müddətli kartının qiyməti 70 AZN-dir. |
Muğanbank | Visa Gold Mastercard Gold |
60 | |
Yelo Bank | Yelo Premium | 70 | |
Bank Respublika | NeoKart Premium | 80 | |
Expressbank | Expresso Platinum | 90 |
Bu növ kartın 4 illik müddətli kartının qiyməti 100 AZN-dir. |
ABB | TamKart VISA Platinum Debet TamKart MC Platinum Debet |
100 | Kartın müddəti 5 ildir. |
Muğanbank | Visa Platinum Mastercard Platinum |
120 | |
Bank of Baku | Bolkart Diamond Debet | 150 | Kartın müddəti 2 ildir. |
AccessBank | myCard Premium | 190 |
Kartın müddəti 5 ildir. İllik xidmət haqqı ilk il üçün 50 AZN, növbəti illərdə isə 35 AZN olaraq tutulur. |
Rabitəbank | Mastercard Black Kartmane | 199 |
Kartın müddəti 5 ildir. Aylıq xidmət haqqı 19 AZN olaraq tutulur. |
Rabitəbank | VISA Infinite Kartmane | 299 |
Kartın müddəti 5 ildir. Aylıq xidmət haqqı 29 AZN olaraq tutulur. |
ABB | TamKart VISA Premium Debet TamKart MC Premium Debet |
300 | |
myCard Lux |
550 |
Kartın müddəti 5 ildir. İllik xidmət haqqı ilk il üçün 150 AZN, növbəti illərdə isə 100 AZN olaraq tutulur. |
Kartların qiymətləri ilə tanış olduq. Lakin bu kartları pulsuz da əldə etmək mümkündür. Bunun üçün kartı əldə edərkən bankın müəyyən etdiyi məbləğdə karta pul vəsaiti mədaxil etmək lazımdır. Bu Yelo Bankın kartında ilkin mədaxillə deyil, alış-verişin dövriyyəsinə görə müəyyən edilir. Yelo Light kartında ay ərzində 300 AZN, Yelo Premium kartında isə 700 AZN və ya ondan çox olduqda kartın qiyməti balansa geri qayıdır. Kart dövriyyəsinə ödəniş kartından vəsait məxaric etdikdə, kartdan karta köçürmə əməliyyatı, elektron cüzdanların balansına vəsaitin mədaxili (YanfexMoney və.s), kredit ödənişləri, Hökumət Ödəmə Portalı(HÖP) vasitəsilə həyata keçirilən online ödəmələr (kommunal xidmətlər, cərimələr, vergilər, gömrük rüsumları və.s) daxil deyil.
Banklar |
Kartın adı |
Minimum mədaxilin məbləği (AZN) |
Unibank |
Albalı |
50 |
TuranBank |
Universal |
100 |
Bank of Baku |
Bolkart Gənc Debet |
200 |
Expressbank |
Expresso Standard |
250 |
Bank of Baku |
Bolkart Ailə Debet |
300 |
Bank of Baku |
Bolkart Gold Debet |
500 |
Rabitəbank |
Kartmane |
500 |
Expressbank |
Expresso Gold |
500 |
Expressbank |
Expresso Platinum |
1000 |
AccessBank |
My Card Standard |
3000 |
Bank of Baku |
Bolkart Diamond Debet |
7000 |
AccessBank |
My Card Premium |
8000 |
AccessBank |
My Card Lux |
15000 |
Rabitəbank |
Premium Kartmane |
15000 |
Yelo Bankın Yelo Light kartını pulsuz əldə etmək üçün ilk 3 ay ərzində minimum 300 AZN dövriyyə etmək lazımdır. Yelo Premium kartında isə bu məbləğ 700 AZN-dir. |
Sonda isə bu kartları sifariş etmək üçün linklər yerləşdirilib. Kartları qeyd olunan linklərə daxil olaraq sifariş verə bilərsiniz.
Banklar | Onlayn sifariş |