Ən riskli sahənin sığortalanması ilə bağlı qanun hazırlanır | Banco.az

Ən riskli sahənin sığortalanması ilə bağlı qanun hazırlanır

“Ölkəni ən çox inkişaf etdirən sahələrindən biri kənd təsərrüfatıdır. Bu sahənin sığortalanması ilə bağlı yeni qanun layihəsi hazırlıq mərhələsindədir. Qanun tam hazırlandıqdan sonra detallar tam dəqiq müəyyən olunacaq". 

Bunu maliyyə nazirinin müavini Azər Bayramov deyib. 

O bildirib ki, hazırda layihənin ilkin variantı hazırlanıb və bunun ətrafında müzakirələr gedir: “Kənd təsərrüfatı sahəsi sığorta üzrə ən riskli sahə olduğu üçün qanunda bu məsələ öz əksini tapacaq. Qanun tam hazırlandıqdan sonra detallar tam dəqiq müəyyən olunacaq. Əvvəllər konktret sahələrin sığortalanması mümkün idisə, indi bütün kənd təsərrüfatı sahələri sığortalamaq mümkün olacaq. Yəni kənd təsərrüfatı sahəsində sığortanın genişləndiriləcək”.

A.Bayramov sığorta şirkətlərinə dövlət dəstəyinin mümkünlüyü ilə bağlı ünvanlanan sualları da cavablandırıb. Nazirlik rəsmisi qeyd edib ki, sığorta şirkətləri özəl fəaliyyət göstərir və dövlət yalnız, sığorta sahəsindəki mühiti yaxşılaşdıra bilər: 

“Dövlət səviyyəsində sığorta şirkətlərinə maliyyə dəstəyi edilməsi məsələsi gündəmdə deyil. Bizə heç belə müraciətlər də olmayıb. Artıq bu gün sığorta sahəsindəki vəziyyətin normallaşdığı müşahidə olunur. Son açıqlanan göstəricilər şikayət edənlərin sayının azaldığını göstərir”, - deyə nazirlik rəsmisi əlavə edib.

Ən sərfəli kredit üçün müraciət et

mənbə: anspress.com