Ən populyar sığorta şirkətləri hansılardır? | Banco.az

Ən populyar sığorta şirkətləri hansılardır?

Avqust ayında mətbuatda haqqında ən çox danışılan sığorta şirkətlərinin siyahısı açıqlanıb. Media Monitorinq şirkətindən verilən məlumata görə, ötən ay mətbuatda ən çox AXA Mbask şirkəti xatırlanıb - 70 dəfə. Populyarlığa görə, sonrakı yerləri "Paşa Həyat Sığorta" (68), "Paşa Sığorta" (60) və "Azərsığorta" (60) şirkətləri tutub. Avqustda haqqında ən az danışılan sığorta şirkətləri "Era Trans Sığorta" və "Amrah sığorta" olub. Bu şirkətlər ay ərzində mətbuatda cəmi 1 dəfə xatırlanıblar. "Qala həyat sığorta"nın da adı cəmi 2 dəfə çəkilib.

Ən sərfəli kredit üçün müraciət et

Fəaliyyətini faktiki olaraq dayandırmış "Çartis Azərbaycan" şirkəti isə ötən ay "yaddan çıxıb".  Avqustda mətbuatda şirkətin adı bir dəfə də olsa çəkilməyib.

fins.az