Ən populyar sığorta şirkətləri açıqlanıb | Banco.az

Ən populyar sığorta şirkətləri açıqlanıb

Bu ilin oktyabr ayında mətbuatda sığortaya dair 2 672 məlumat yayılıb. Media Monitorinq şirkətindən verilən məlumata görə, məlumatların 98%-ə qədəri onlayn, yəni internet mənbələrində yayılıb. Sığorta ilə bağlı 33 məlumat qəzetlərdə, 30 məlumat isə televiziyada yer alıb.

Sığorta məlumatlarının böyük hissəsi sığorta şirkətlərinin payına düşüb - 1290 məlumat. Mətbuatda Azərbaycan Sığortaçılar Assosiasiyasının fəaliyyəti barədə 223, Maliyyə Nazirliyinin Dövlət Sığorta Xidməti ilə bağlı isə 87 məlumat  yer alıb.

Hesabata əsasən oktyabrda mətbuatda ən çox “Atasığorta” şirkəti xatırlanıb – 158 dəfə. Populyarlığa görə, sonrakı yerləri “AXA MBASK” (134 dəfə), “PAŞA Həyat” (104 dəfə), “PAŞA Sığorta” (87 dəfə) və “Azərsığorta” (75 dəfə) tutub. Sirr deyil ki, “Azərsığorta” DSKŞ-nin ilk 5-liyə düşməsi bu şirkətin şəhid ailələrinə ödəməli olduğu sığorta pulunu gecikdirməsi və bununla bağlı ictimai müzakirələrlə bağlıdır.

Ən sərfəli kredit üçün müraciət et

Oktyabrda haqqında ən az danışılan danışılan sığorta şirkəti isə bazarı tərk edəcəyi gözlənilən “Çartis Azərbaycan” şirkəti olub. Bundan başqa, mətbuatda “Qala Həyat” 6 dəfə, “Era Trans” 7 dəfə, “Amrah Sığorta” 10 dəfə, “Azərqarant” isə 15 dəfə xatırlanıb ki, bu da sığorta şirkətləri arasında ən aşağı göstəricilərdir.

fins.az

Ən sərfəli krediti almaq üçün müraciət et