İlin ən zəif 20 valyutasının siyahısı tərtib edilib.
Ukrayna qrivnası ilin ən ucuz valyutası olub. Siyahı tərtib olunanda milli valyutaların ABŞ dollarına olan məzənnəsinin dəyişməsi həddi əsas götürülüb.
İlk yeri tutan Ukrayna qrivnası 2014-cü ilin 11 ayında dollara münasibətdə dəyərini 46% itirib. Qrivna noyabrda 14% ucuzlaşıb. İlin ən çox ucuzlaşan ikinci valyutası olan rus rublu dəyərini 39% itirib. Rubl ötən ay dollara nisbətən 19% ucuzlaşıb.
Norveç və Qazaxıstanın milli valyutalarının “zəif” valyutalar arasında olması xüsusilə diqqəti çəkib. 8-ci yeri bölüşən Qazaxıstan təngəsi il ərzində 15%, 15-ci olan Norveç kronu isə 13% ucuzlaşıb.
Qırğız somu və Moldova leyinin hər biri 14% dəyərsizləşib. Siyahıda sonuncu yerləri tutan Zambiya kavaçası və Malaviya kvaçası 12% ucuzlaşıb.
Məlumat üçün bildirək ki, Azərbaycan manatının dollara olan məzənnəsi il ərzində demək olar ki, sabit qalıb.
Fins.az