Ən çox tələb olunan proqramlaşdırma dili hansıdır? | Banco.az

Ən çox tələb olunan proqramlaşdırma dili hansıdır?

Müəllif -Aida İsaq, Banco.az 

“DevJobsScanner” şirkəti ən çox tələb olunan səkkiz proqramlaşdırma dilinin adlarını açıqlayıb.

Banco.az xəbər verir ki, nəticələr 2021-ci ilin oktyabrından 2022-ci ilin noyabrına qədər olan müddəti əhatələyir. Mütəxəssislər hazırda 200-dən çox mövcud olan proqramlaşdırma dillərindən hansıların şirkətlər üçün daha vacib olduğunu müəyyən ediblər.

Beləliklə, “JavaScript/TypeScript” ən məşhur proqramlaşdırma dili kimi müəyyən edilib. Şirkətin məlumatına görə, hazırda 800 mindən çox vakansiya üzrə (31%) bu proqramlaşdırma dili tələb olunmağa davam edir. İkinci yerdə “Python” (515 min vakansiya - 20%), üçüncü yerdə isə “Java” (443 min - 15,2%) qərarlaşıb.

Bundan başqa ilk onluğa “C#”, “PHP”, “C/C++”, “Ruby”, “Go”, “SQL”, “Scala” kimi proqramlaşdırma dilləri daxil olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et