Ən çox silah alan ölkələrin adı açıqlanıb | Banco.az

Ən çox silah alan ölkələrin adı açıqlanıb

2024-cü ilin nəticələrinə əsasən, Polşa ən çox silah və hərbi texnika alan ölkələrin reytinqinə başçılıq edir. 

Banco.az bu barədə Dünya Silah Ticarətinin Təhlili Mərkəzinin (CAMTO) məlumatlarına istinadən xəbər verir.

Siyahı tərtib edilərkən yalnız ABŞ dolları ilə silah və hərbi texnikanın alınması üçün idxalçı ölkələrin imzaladığı kommersiya müqavilələri nəzərə alınıb. Reytinqdə ilk iki pilləni Avropa ölkələri tutub. Polşanın keçən il silaha ümumi xərcləri 15,625 milyard dollar (qlobal satışın 12,8 faizi), Rumıniyanın isə 10,251 milyard dollar (8,4 faiz) olub. Bu göstərici üzrə ilk üçlüyü 9,41 milyard dollar (7,71 faiz) nəticə ilə Hindistan tamamlayıb .

İlk beş silah alıcısına həmçinin İsrail (8,2 milyard, 6,72 faiz) və Hollandiya (7,922 milyard, 6,49 faiz) daxildir. Altıncı yerdə Türkiyə (7 milyard, 5,73 faiz), yeddinci yerdə İraq (5,189 milyard, 4,25 faiz), səkkizinci yerdə Cənubi Koreya (3,611 milyard, 2,96 faiz), doqquzuncu yerdə Səudiyyə Ərəbistanı (3,605 milyard, 2,95 faiz) qərarlaşıb. İlk onluğu İndoneziya tamamlayır (3,519 milyard, 2,88 faiz).