Ən çox qazandıran debet kartlar hansılardır? | Banco.az

Ən çox qazandıran debet kartlar hansılardır?

Bu məqalədə ən çox qazandıran, yəni kəşbək (cash back) və  kartdakı qalıq məbləğə depozit faizi hesablayan debet kartlardan bəhs edəcəyik. Araşdırma həm sadə, həm də premium kartları əhatə edir. 

Kəşbək xərclədiyiniz pulun bir hissəsinin balansınıza qayıtması prosesidir. Debet və ya kredit kartları ilə alış-veriş edərkən xərclənən məbləğin bir hissəsi və ya müəyyən faizi karta geri qayıdır. Bəzi banklarda isə ayrıca bonus şəklində toplanır. Həmin bonusları hər hansı məhsul və ya xidmətə dəyişmək olur. Faiz gəliri isə debet kartda olan məbləğin müəyyən faizinin balansın üzərinə əlavə olunur. Bunun üçün isə xərcləmək deyil, kartda pul saxlamaq kifayətdir.

Gəlin kartlarla yaxından tanış olaq. Əvvəlcə sadə kartların, daha sonra isə premium kartların qiymətlərinə nəzər yetirəcəyik. Ümumiyyətlə, bu debet kartların istifadə müddəti 1, 2, 3, 4 və ya 5 illik olur. Kartları 3 fərqli valyutada - manat, dollar və ya avro növlərini də əldə etmək mümkündür. Valyutaya görə bəzən qiymətlər və depozit faizləri fərqlənir. Bu baxımdan, onu da vurğulayaq ki, cədvəllərdəki məlumatlar AZN valyutalı kartlar üçün keçərlidir.

Cədvəldə müddətinə görə birdən çox sayı olan kartların qiyməti həmin müddətə uyğun olaraq ardıcıllıqla qiymətləri qeyd olunub. Nümunə: Expressbankın Expresso kartının qiyməti 5/10/15/20, müddətdə isə 1/2/3/4 il qeyd olunub. Bu 1 illik kartın qiyməti 5 AZN, 2 illik 10 AZN, 3 illik 15 AZN, 4 illik kartın isə 20 AZN olduğunu ifadə edir.

Növbəti cədvəl premium kartların qiymətlərini əks etdirir. Bura gold, platinum, infinite, black və elite kartları yer alıb. Bu kartlar digərlərindən bir çox üstünlüyünə görə fərqlənir(bunlardan ən əsası hava limanlarının biznes zallarından istifadədir ki, bundan qarşıda bəhs edəcəyik). Bu kartların üstünlükləri özünü qiymətlərdə də əks etdirir. Rabitəbankda isə bu kartları əldə etmək üçün nəinki illik ödəniş, həm də kartın xidmət haqqısını aylıq ödəmək imkanı təklif edir. Bank Visa İnfinite kartını əldə etmək üçün aylıq 29 AZN, Mastercard Blackda isə aylıq 19 AZN ödəməklə bu kartları əldə etmək olar.

Yuxarıdakı cədvəllərdə kartın qiymətlərinə nəzər yetirdik. Lakin onu da qeyd edək ki, bu kartların bəzilərini pulsuz da əldə etmək mümkündür. Bunun üçün karta pul mədaxil etmək kifayətdir. Mədadxilin məbləği isə kartın statusundan asılı olaraq dəyişir. Aşağıdakı cədvəldə bu kartları pulsuz əldə etmək üçün karta ilkin mədaxilin məbləğləri qeyd olunub.

İndi isə qazanc gətirən kəşbək hissəsinə gələk. Kəşbək kartdakı pulu xərclədikdə (nağdsız əməliyyatlarda) balansa geri qayıdan məbləğdir. Bu kartlara görə deyil, banklara görə  dəyişir ( istisna, Tamkart). Aşağıdakı cədvəldə bankların partnyor şəbəkəsində alış-veriş zamanı müştəriyə qayıdan kəşbək faizlərinin maksimum həddi qeyd olunub. 

Onu da əlavə edək ki, Rabitəbankın mobil tətbiqi vasitəsilə  3 cashback növündən birini istifadə edə bilərsiniz: YDM və restoranlar, supermarketlər və restoranlar və bütün ödənişlər. Bunların hər birinin özünəməxsus üstünlüyü var -YDM-lərdə 10%, restoranlarda 5%, marketlərdəm 5%, bütün ödənişlərdə isə 2% kəşbək qazanmaq imkanınız olur. Eyni zamanda, ay ərzində yığılan bu kəşbəkləri növbəti ayın 3-4 iş günü ərzində nağdlaşdırmaq  mümkündür. Həmçinin bunu Rabitəbanka məxsus karta da köçürmək mümkündür. Seçdiyiniz kəşbək sistemini ilk dəfə dəyişmək pulsuzdur.

Partnyorların saylarının çoxluğu kəşbək qazanmaq imkanını daha da artırır. Bu bankların partnyorlarının sayı ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz.

Bəzi bank kartlarıda bankların əməkdaşlıq etmədiyi mağazalardan da alış-veriş etdiyiniz zaman kəşbək hesablanır. Bu faizlər yuxarıda qeyd olunanlara nisbətən aşağıdır.

Kəşbəkin miqdarı mağazanın bankın tərəfdaş olub-olmamasından asılı olaraq dəyişir. Daha ətraflı desək, bankın əməkdaşlıq etdiyi mağazada bu faizlər daha yüksəkdir. Bankların tərəfdaş mağazaları barədə ətraflı məlumatı aşağıdakı linklərdən əldə edə bilərsiniz.

Banklar

Partnyorlar

AccessBank

https://bit.ly/3BRXy5P

Bank Respublika

https://bit.ly/3xcqxOf

Premium Bank

https://bit.ly/3pkaWK8

TuranBank

https://bit.ly/2THcIcS

Yapıkredi Bank

https://bit.ly/3j0b2UC

Bank of Baku

https://bit.ly/3vRQNO4

Rabitəbank

https://bit.ly/3yhcg47

Unibank

https://bit.ly/374PDUG

ABB

https://bit.ly/3ic81kF

Expressbank

https://bit.ly/3f6PUdV

Kapital Bank

https://bit.ly/3yZtQdH

Yelo Bank

https://bit.ly/3far10W

Növbəti əsas məqam kartdakı qalıq məbləğə görə faizin hesablanmasıdır. Bu faiz illik hesablanaraq 360-a bölünərək gündəlik balansa əlavə olunur. Faizlər isə kartın statusu artdıqca çoxalır. 

Nə qədər nağdsız ödənişlər zamanı və ya kartda pulu saxlamaq qazanclı olsa da, nağd pula da ehtiyac olur. Bu cədvəldə yuxarıda qeyd etdiyimiz bank kartlarından nağdlaşdırma faizləri qeyd olunub.

 Premium kartların əsas üstünlüyü olan hava limanlarında biznes zallarından istifadə imkanları ilə tanış olaq. Biznes zallarından pulsuz istifadə sayı kartın statusundan asılı olaraq dəyişir.

 Kartları daha rahat idarə etmək üçün aplikasiyaların rolu əvəzsizdir. Bu səbəbdən bankların mobil tətbiqləri ilə tanış olmaqda fayda var.

Mobil tətbiqləri yükləmək üçün aşağıdakı siyahıdan istifadə edə bilərsiniz.

Banklar

Play Market

App Store

AccessBank

https://bit.ly/2Q1n8yF

https://apple.co/3kSTDNK

Azər Türk Bank

https://bit.ly/2V2D5uw

-

ABB

https://bit.ly/31RKoo4

https://apple.co/3l8Zh0z

Bank of Baku

https://bit.ly/31WKTgR

https://apple.co/39NcpQL

Bank Respublika

https://bit.ly/376mqZh

https://apple.co/30Znzjg

Expressbank

https://bit.ly/3kQPZ70

https://apple.co/3BRSZZr

Kapital Bank

https://bit.ly/3iJSPsD

https://apple.co/3h5oa8v

Premium Bank

https://bit.ly/3j33UoX

https://apple.co/3zHOazU

Rabitəbank

https://bit.ly/3lb4AN3

https://apple.co/2E7nCR3

TuranBank

https://bit.ly/2Y97Qw6

https://apple.co/378b5bd

Unibank

https://bit.ly/3kRnYw5

https://apple.co/37b6vZK

Yapıkredi Bank

https://bit.ly/3134a0Y

https://apple.co/3kNkyKV

Yelo Bank

https://bit.ly/3lcE2v6

https://apple.co/2WvwAAF

Ən sərfəli kredit üçün müraciət et

Sonda isə bəyəndiyiniz kartı əldə etmək üçün kartları aşağıda qeyd olunan linklər vasitəsilə sifariş verə bilərsiniz. Bundan əlavə bankların mobil tətbiqi vasitəsilə də kart sifariş etmək mümkündür.

Banklar

Onlayn sifariş

AccessBank

https://bit.ly/3BY0IF2

Azər Türk Bank

https://bit.ly/376gEqP

ABB

https://bit.ly/3xchb4Y

Bank of Baku

https://bit.ly/3vVrJFP

Bank Respublika

https://bit.ly/2TG9ciU

Expressbank

https://bit.ly/3xauKll

Kapital Bank

https://bit.ly/3j0surR

Premium Bank

https://bit.ly/3rFDJtX

Rabitəbank

https://bit.ly/3icmehK

TuranBank

https://bit.ly/379JAOI

Unibank

https://bit.ly/3BV5XFH

Yapıkredi Bank

https://bit.ly/3ycx10M

Yelo Bank

https://bit.ly/2TGQqIb

İnfoqrafik: Tahir Əsgərli, Banco.az

Araşdırma: Tərlan Qəhrəmanova, Banco.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

Ən sərfəli krediti almaq üçün müraciət et