“Barselona” futbol klubunun hücumçusu, Argentina milli komandasının üzvi, futbolçu Lionel Messi “Alfa-Bank” Rusiyanın reklam siması seçilib.
Bu haqda kredit təşkilatının nümayəndəsi Nobel Arustamyan öz “Twitter” səhifəsində yazaraq “Vedomosti”nin yazdığı informasiyanı təsdiq edib.
“Forbes” jurnalının hesabatına görə, Messi 2017-ci ildə illik 80 milyon dollarlıq qazancı ilə dünyanın ən yüksək maaş alan idmançıların siyahısında üçüncü olub. Nəşrin yazdığına görə, həmin məbləğin 27 milyon dolları isə reklam müqavilələrindən əldə edilib.
Qeyd edək ki, tərəflər arasında imzalanan müqavilənin dəyəri isə açıqlanmır.
“Alfa-Bank” dünya çempionatının rəsmi “Avropa Bank”ı statusuna malikdir. Keçən ilin noyabrında jurnalist Yuri Dud bankın reklam siması idi.
Facemark.az