Ən çox pul qazanan futbolçular kimlərdir? | Banco.az

Ən çox pul qazanan futbolçular kimlərdir?

Müəllif: Gülnar Əhmədli, Banco.az

Amerikanın məşhur "Forbes" jurnalı 2023-cü ilin ən çox qazanan futbolçularının siyahısını açıqlayıb. Siyahıda ilk yer dəyişməz olaraq qalıb. "Əl-Nəsr" forması ilə fəaliyyətini davam edən Kriştiano Ronaldo 2023-cü ildə də ən çox maaş alan futbolçudur. Portuqaliyalı ulduz 200 milyon dollar maaşla yanaşı, 60 milyon dollar da əlavə pul qazanır.

Banco.az xəbər verir ki, siyahıda ikinci yerdə Lionel Messi qərarlaşıb. Argentinalı futbolçu maaş və əlavə gəlirlə birlikdə ildə 135 milyon dollar qazanır. 

Ən çox qazanan futbolçular və onların illik gəliri bu qədərdir: 

  1. Kriştiano Ronaldo (260 milyon dollar)
  2. Lionel Messi (135 milyon dollar)
  3. Neymar (112 milyon dollar)
  4. Kilian Mbappe (110 milyon dollar)
  5. Kərim Benzema (106 milyon dollar)
  6. Erlinq Haaland (58 milyon dollar)
  7. Məhəmməd Salah (53 millyon dollar)
  8. Sadio Mane (52 milyon dollar)
  9. Kevin de Bröyne (39 milyon dollar)
  10. Harri Keyn (36 milyon dollar)

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et