Ən çox pul köçürülən ödəniş sistemi hansıdır? | Banco.az

Ən çox pul köçürülən ödəniş sistemi hansıdır?

Bilirsiniz ki, Azərbaycanda sürətli pul köçürmələri üzrə ən çox ödəniş edilən sistem Caspian Money Transferdir? Çoxlarına bu ad elə də tanış deyil. Amma Caspian MT Azərbaycanda 2006-ci ildən bəri fəaliyyət göstərir. Və Mərkəzi Bankın rəsmi statistikası göstərir ki, ildən-ilə bu sistem üzrə pul köçürlənlərin sayı artır.

Növbəti pillələrdə isə Zolotaya Korona və Western Union gəlir.

Tam ardıcıllığı isə cədvəldən izləyə bilərsiniz.

«Caspian Money Transfer» pul köçürmə sistemi - ilk Azərbaycan beynəlxalq pul köçürmələri sistemi olaraq 2006-cı ildən fəaliyyət göstərir və uğurla inkişaf edir. Sistem "Zaminbank" ASC-nın (Azərbaycan, Bakı) balansında yaradılıb.

Ən sərfəli kredit üçün müraciət et

Bu sistemin üstünlükləri

• Köçürmə üçün komissiya: 0.5%-2%; min. 3 ABŞ dolları/3 AVRO/ 75 rubl
• Azərbaycana 1%!, Türkiyəyə 1.5%!, BƏƏ (Dubay) 1.5%! minimal komissiya
• Azərbaycan daxili köçürmələr üzrə: 5000 manata qədər-0.6%, 5000 manatdan/USD/Euro çox - 0.5%
• Köçürmənin valyutası: Azərbaycan manatı, Rusiya rublu, ABŞ dolları, AVRO
• Köçürmənin 5 dəqiqə ərzində həyata keçirilməsi
• Alandan komissiya tutulmur
• Əhatəsi: MDB ölkələri, Yaxın və Uzaq Xaric ölkələri

Əlavə məlumatı www.cmt.az ünvanında əldə edə bilərsiniz.

Könül Soltanova/ Banco.az