Ən çox ödəniş edən sığorta şirkətləri – TOP 5 | Banco.az

Ən çox ödəniş edən sığorta şirkətləri – TOP 5

Müəllif - Gülnar Əhmədli, Banco.az

Azərbaycandakı 20 sığorta şirkəti bu ilin yanvar-iyul aylarında 282 milyon 977 min manat məbləğində sığorta ödənişi həyata keçirib.  

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu dövrdə sektorun ən çox ödəniş edən şirkəti "PAŞA Həyat Sığorta" ASC olub. Belə ki, şirkət ilk 7 ayda 150 milyon 921 min manat sığorta ödənişi edib. 

Həmçinin oxu: 

Ən çox yığım edən sığorta şirkətləri bunlardır – TOP 5

Ödənişlərini ən çox artıran sığorta şirkətləri - TOP 5

Bu dövrdə ən çox ödəniş edən 5 şirkətin siyahısı belədir:

  • "PAŞA Həyat Sığorta" – 150,9 milyon manat
  • "PAŞA Sığorta" – 45 milyon manat
  • "Xalq Sığorta" – 15,1 milyon manat
  • "Atəşgah Həyat Sığorta" – 14,2 milyon manat
  • "Atəşgah Sığorta" – 9,6 milyon manat

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et