Müəllif - Gülnar Əhmədli, Banco.az
Azərbaycandakı 20 sığorta şirkətinin hesabına bu ilin yanvar-iyul aylarında 761 milyon 801 min manat məbləğində sığorta haqqı yığılıb.
Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu dövrdə sektorun ən çox yığım edən şirkəti "PAŞA Həyat Sığorta" ASC olub. Belə ki, şirkətin hesabına 327,1 milyon manat sığorta haqqı toplanılıb. Sektorun ən az yığım edən şirkəti isə "Naxçıvan Sığorta" ASC (1,7 milyon manat) olub.
Bu dövrdə ən çox sığorta yığımı edən 5 şirkətin siyahısı belədir:
- "PAŞA Həyat Sığorta" – 327,1 milyon manat
- "PAŞA Sığorta" – 188,8 milyon manat
- "Qala Sığorta" – 41,4 milyon manat
- "Atəşgah Həyat Sığorta" – 38,4 milyon manat
- "Atəşgah Sığorta" – 21,2 milyon manat
Bizi sosial şəbəkələrdən izləyin!!