Beynəlxalq Energetika Agentliyi (İEA) növbəti hesabatını açıqlayıb.
Hesabatda dünyada adambaşına neft istehlakına görə lider ölkənin Cəbəllütariq olduğu qeyd edilib. Bu ölkədə hər 1000 adam gündə orta hesabla 861,06 barrel neft istehlak edir. Qeyd edək ki, ilk 5-liyə daxil olan ölkələr, əsasən, cırtdan ölkələrdir. Belə ki, Cəbəllütariqlə bərabər bu siyahıda Monserrat (2-ci yer), San-Pyer və Mikelon (4-cü yer), eləcə də, Nauru (5-ci yer) yer alıb.
İlk 10-luqda isə ən çox adambaşına neft istehlak edən ölkələr siyahısında cırtdan ölkələrlə bərabər kiçik ölkələr də var. Belə ki, Sinqapur bu siyahıda 3-cü, Küveyt 7-ci, Birləşmiş Ərəb Əmirlikləri isə 10-cu yerdə qərarlaşıb. ABŞ, Çin, Hindistan, S.Ərəbistanı və Rusiya kimi nəhəng dövlətlər isə ilk 10-luğa daxil olmayıb.
Ən çox neft istehlak edən ölkələr arasında lider gündəlik 19,6 mln. barrel istehlak həcmi ilə ABŞ-dır. Çin 11,3 mln. barrel/günlə ikinci sıradadır. Yaponiya, Hindistan və Rusiya ilk 5-liyi tamamlayan ölkələrdir. Bu 5 ölkə ümumilikdə gündəlik 40 mln. barrel neft istehlak edir.
Mənbə: Oxu.az