Ən çox milyarderin yaşadığı şəhərlər | Banco.az

Ən çox milyarderin yaşadığı şəhərlər

Müəllif:Mehin Qasımova,Banco.az

Hurun-un Qlobal Zənginlər Siyahısına görə, Çin şəhərləri 2026-cı ildə milyarderləri ilə seçilir.

Daxil olan 32 şəhərdən milyarderlərin 34%-i Çin şəhərlərində yaşayır.

Asiyanın digər bölgələri də milyarder sayı ilə seçilir.

  1. Nyu-York (ABŞ) – 146 milyarder
  2. Şanxay (Çin) – 92 milyarder
  3. Pekin (Çin) – 91 milyarder
  4. Şençjen (Çin) – 85 milyarder
  5. Mumbay (Hindistan) – 90 milyarder
  6. Honq-Konq (Çin) – 74 milyarder
  7. Moskva (Rusiya) – 69 milyarder
  8. Yeni Dehli (Hindistan) – 63 milyarder
  9. San-Fransisko (ABŞ) – 55 milyarder
  10. Sinqapur – 48 milyarder

Hesabata görə, Asiya milyarderlərin əsas məskəninə çevrilməkdə davam edir. Reytinqdə yer alan milyarderlərin 58%-i Asiya şəhərlərində yaşayır. Çin təkcə ölkə üzrə deyil, şəhər səviyyəsində də ən çox milyarderə sahib dövlət kimi diqqət çəkir.