Ötən il ölkə Azərbaycan İpoteka Fondu tərəfindən yenidən maliyyələşdirilmiş ipoteka kreditlərinin həcmi 557370,6 mln manat olmuşdur ki, bu da 2013-cü illə müqayisədə 29,3% (126470,2mln manat) artıb. Verilmiş ipoteka kreditlərinin sayı rəqəmlə isə 15842 olub ki, bu da ötən illə müqayisədə 25,7%, 3239 ədəd daha çoxdur.
Ötən illə müqayisədə adi ipoteka kreditlərin həcmi 73% artaraq, 435156,61mln manata, güzəştli ipoteka kreditlərinin həcmi isə 63% artaraq, 130195,4 mln manata çatıb.
Banco.az olaraq, Azərbaycan İpoteka Fonduna istinadən ölkəmizdəki ipoteka kreditləşməsi ilə bağlı bəzi maraqlı məqamları diqqətinizə çatdırmaq istərdik.
Hamını maraqlandıran nüanslardan biri ipoteka fondu hesabına hansı bankın daha çox kredit verməsidir.
Bu sırada ilk onluq isə belə görünür.
Rəsmiləşdirilmiş 15842 kreditdən, 11120-si Bakının, 1429-u Sumqayıt, 678-i Abşeron, Xırdalan və 586-ı Gəncə, 129-u Naxçıvan şəhərinin payına düşür. Gördüyünüz kimi, Paytaxtımız yenə İpoteka kreditlləşməsi üzrə dominantlığı qoruyur.
Statistika göstərir ki, rahat ipoteka krediti ala bilmək üçün Sizin aylıq gəlirləriniz 900 manatı üstələməldir. Əməkhaqqıları 900 və 1100 AZN-dən çox olanlar ipoteka alanlar içərisində say çoxluğuna malikdir.
Borcalanların iş yerinə görə pay bölgüsü də maraq doğurur. (Mənzil arzusunda olanlar bu rəqəmlərə baxıb, gələcək iş yerlərini seçə bilərlər).
Daha bir maraqlı məqam isə ipoteka ilə alınan evlərin sahəsi üzrə göstərcilərdədir. Bu hissədə isə üstünlük sahəsi 40-60 və 60-80 kv.m olan evlərdədir.