Ən çox hansı şirkətin smartfonları satıldı? | Banco.az

Ən çox hansı şirkətin smartfonları satıldı?

Tamara Mustafayeva, Banco.az

"Xiaomi" 2021-ci ilin iyun ayında nail olduğu satış həcmi ilə dünyanın ən çox satış həyata keçirən smartfon istehsalçısı olub.

Banco.az xarici mətbuata istinadla bildirir ki, Çinli smartfon istehsalçısı "Xiaomi" şirkəti qlobal bazardakı yüksəlişini davam etdirir. "Counterpoint Research" araşdırma şirkətinin məlumatına görə, şirkət bu ilin iyun ayında qlobal satışlar üzrə "Samsung" və "Apple" firmalarını geridə qoymaqla mühüm uğura imza atıb.

Dünyanın ən bahalı şirkətlərindən biri olan "Apple" Çinli rəqibindən geriyə düşüb. Belə ki, "Xiaomi" ilin ikinci rübündə "Apple"ı üstələyərək 2-ci pillədə qərarlaşıb.

"CNBC" kanalında yer verilən xəbərə görə, bazarda liderliyi əlində saxlayan "Samsung"dan sonra ikinci olan "Xiaomi" iyun ayında ümumi satış həcmini 26% artırıb.

Məlumatlara görə, iyun ayında "Xiaomi"nin bazar payı 17,1%, "Samsung"un 15,7%, "Apple" şirkətinin isə 14,3% olub. 

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Çinli şirkətin liderliyə yüksəlməsində Vyetnamda koronavirusa yoluxma sayının artması səbəbindən "Samsung" şirkətinin istehsal həcminin azalması mühüm rol oynayıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et