Ən böyük 10 özəl ixracat şirkətinin adları AÇIQLANIB | Banco.az

Ən böyük 10 özəl ixracat şirkətinin adları AÇIQLANIB

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-cu ilin yanvar sayı təqdim olunub. 

“İxrac İcmalı”nın yanvar sayında qeyri-neft sektoru üzrə əsas ixracatçı subyektlərin reytinqi də verilib.

2018-ci ilin yanvar-dekabr ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı subyektlər təmsil olunurlar:

  • “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi,
  • "MKT İstehsalat Kommersiya" MMC,
  • "Baku Steel Company" MMC,
  • "Kapitan Fruits" MMC,
  • “Food Export Şəmkir” MMC,
  • “Azfruittrade” MMC,
  • “Sun Food” MMC,
  • "TST Export" MMC,
  • "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC,
  • "Qala meyvə-tərəvəz ixracat idxalat" MMC

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına isə ARDNŞ-nin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar:

Ən sərfəli kredit üçün müraciət et

"Det-al Alüminium" MMC,

"Azərenerji" ATSC,

"Azergold" QSC,

"SOCAR Methanol" MMC,

"Azərbaycan Hava Yolları" QSC,

“CTS-Agro” MMC,

"Ərzaq Məhsullarının Tədarükü və Təchizatı" ASC,

“Geofizika və Geologiya İdarəsi”,

Naxçıvan  MR Dövlət Energetika Xidməti.

marja

Ən sərfəli krediti almaq üçün müraciət et