Ən bahalı "iPhone" gəlir - QİYMƏT | Banco.az

Ən bahalı "iPhone" gəlir - QİYMƏT

Tamara Mustafayeva, Banco.az

Əvvəlki məqalələrimizdən birində xəbər verdiyimiz kimi, texnologiya nəhəngi "Apple" sabah yeni məhsullarını ictimaiyyətə təqdim edəcək. 

Məhsulların siyahısı üçün link-ə keçid edə bilərsiniz: 

Banco.az xarici mətbuata istinadla bildirir ki, sabah Bakı vaxtı ilə saat 21:00-da onlayn formatda keçiriləcək təqdimat mərasimində digər yeni məhsullarla yanaşı "iPhone 13 mini", "iPhone 13", "iPhone 13 Pro" və "iPhone 13 Pro Max"dan ibarət "iPhone 13" seriyası da tanıdılacaq. Təqdimat mərasiminə bir gün qalmış uzun zamandır qulaqdan-qulağa yayılan iddialar qismən təsdiqini tapır və müxtəlif analitiklər yeni "iPhone" modellərinin xüsusiyyətləri və qiymətləri ilə bağlı öz fikirlərini bölüşürlər. Onlardan biri olan tanınmış "Apple" analitiki Ming-Chi Kuo-ya görə, "iPhone 13" modeli aşağıdakı xüsusiyyətlərə malik olacaq və qiyməti də belədir: 

"Apple" firmasının sözügedən 4 yeni modelinin daxili yaddaş həcmləri müvafiq olaraq:

"iPhone 13 mini": 128 GB, 256 GB, 512 GB

"iPhone 13": 128 GB, 256 GB, 512 GB

"iPhone 13 Pro": 128 GB, 256 GB, 512 GB, 1 TB

Ən sərfəli kredit üçün müraciət et

"iPhone 13 Pro Max": 128 GB, 256 GB, 512 GB, 1 TB

İddialara görə, şirkət 1TB-lıq daxili yaddaş ilə bu vaxta qədərki ən böyük yaddaşa sahib "iPhone" modelini bazara çıxaracaq və 1 TB-lıq "iPhone 13 Pro Max" modeli eyni zamanda bu vaxta qədərki ən bahalı "iPhone" modeli olacaq.

Qeyd edək ki, hazırda satışdakı ən bahalı "iPhone" modeli olan 512 GB-lıq "iPhone 12 Pro Max"ın qiymətinin 1399 dollar olduğunu nəzərə alsaq, bu məhsuldan iki dəfə böyük yaddaşa sahib yeni versiyanın isə ABŞ-dakı satış qiymətinin 2 min dolları üstələməsi gözlənilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et