Bu gün sizlər üçün dövlət xətti ilə verilən ipoteka kreditlərini araşdırdıq. İpoteka Fondundan aldığımız məlumata görə hal-hazırda güzəştli ipoteka kreditlərinin verilməsi dayandırılıb, lakin adi ipoteka kreditlərinin verilməsi davam edir.
Əgər ilkin ödənişi etmək üçün daha az vəsaitiniz varsa, sizlər üçün ən az ilkin ödəniş etməklə adi (standart) ipoteka krediti əldə edə biləcəyiniz bankların siyahısını hazırladıq. Ev almaq çox bahadır deyirsinizsə, bu banklardan ən az ilkin ödəniş etməklə ipoteka krediti götürə və mənzil sahibi ola bilərsiniz.
Qeyd edək ki, ilkin ödəniş borcalanın yaşayış sahəsinin alınmasına yönəldilən şəxsi vəsaitidir və ilkin ödəniş faizi daşınmaz əmlakın bazar qiymətinin müyyən faizini təşkil edir.
Digər şərtlərlə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:
Bank |
İlkin faiz dərəcəsi (İlkin ödəniş) |
İllik faiz dərəcəsi |
Müddət (il) |
Məbləğ (məbləğ) |
NBC Bank |
15% |
7% |
25 |
150 000 |
Nikoil Bank1 |
15% |
8% |
25 |
150 000 |
Muğanbank2 |
20% |
7% |
25 |
150 000 |
Unibank |
20% |
8% |
25 |
150 000 |
Bank BTB |
20% |
8% |
25 |
150 000 |
Beynəlxalq Bank |
20% |
7% |
25 |
150 000 |
Bank Avrasiya |
20% |
6,5% |
25 |
150 000 |
Expressbank |
20% |
7% |
3 -30 |
150 000 |
VTB Bank |
20% |
8% |
25 |
150 000 |
- Muğanbank yalnız "Kristal Abşeron"a məxsus mənzil əldə edən şəxslərə ipoteka krediti ayırır.
- Əgər Nikoil Bank-dan ipoteka götürərkən məbləğin 15%-i həcmində ilkin ödəniş etmək istəyirsinizsə, bu zaman sizin ipoteka kreditinizin illik faiz dərəcəsi 8% olacaq.
Qeyd edək ki, ilkin ödəniş faizi cədvəldə qeyd olunmayan banklarda 25-30% həcmindədir.