Müəllif:Gülbəniz Hüseynli/Banco.az
Əmlak amnistiyasının tətbiq olunması barədə məsələyə aydınlıq gətirilib.
Bu barədə Banco.az-a açıqlama verən əmlak eksperti Elnur Fərzəliyev bildirib ki, bu vətəndaşlara mülkiyyət hüququ ilə yanaşı dövlət büdcəsinə gəlirlərin gəlməsinə şərait yaradacaq:
“Uzun illərdir, çıxarışı ola bilməyən əmlaklar ipoteka predmetinə çevrilə bilmirdi. Əmlak amnistiyasının tətbiqi nəticəsində vətəndaşın mülkiyyət hüqunun formalaşması ilə bərabər, dövlət büdcəsinədə külli miqdarda gəlirlərin gəlməsinə səbəb olacaq. Nəticədə, qeyri-neft sektoru da inkişaf edə bilər".
Ekspert onu da qeyd edib ki, qanunvericiliyə əsasən qadağan olunmuş ərazilərdə tikilən fərdi yaşayış evlərinə çıxarış verilməyəcək.
Bizi sosial şəbəkələrdən izləyin!!