Əmək, yaxud Xidmət Müqaviləsi? | Banco.az

Əmək, yaxud Xidmət Müqaviləsi?

Cəlil Əhmədov “Ensis” Hüquq şirkətinin partnyoru

Bu sayımızda sahibkarların, şirkət rəhbərlərinin, həmçinin insan qaynaqları kollektivinin əmək münasibətlərinin tənzimlənməsi zamanı üzləşdiyi bu sual ətrafında müzakirə apararaq, hüquq və vergi çətinlikləri, yerli və beynəlxalq təcrübədən danışacağıq.

  1. Bir qədər qanunvericilik haqqında

Hüquq lüğətinə anlayış üçün istinad etmədən belə, hətta intuitiv olaraq, hamımız xidmət və əmək fəaliyyətlərini istər iqtisadi forması və nəticəsinə görə, istərsə də yaranan hüquqi öhdəliklərinə və münasibətlərinə görə fərqləndirə bilərik.  Lakin bu münasibətlərin qanun çərçivəsində qorunması və tənzimlənə bilməsi üçün təbii ki, qanunverici və nəzarətedici orqanların səlis, anlaşıqlı, dolğun və ya ədalətli qanun tərtib etməsi bir mənalı olaraq zəruridir. 

Əmək münasibətlərinin rəsmiləşdirilməsi zamanı xidmət müqavilələrin bağlanması geniş vüsət alan bir haldır.  Mövzuya təcrübədən özəl bir məhkəmə işi ilə rəng qatmaq istəyərdim. Məhkəmə işinə cəlb olunan “A” Şirkəti satın aldığı vergi məsləhəti ilə əmək münasibətlərində olan işçilərin əksəriyyəti ilə əmək müqaviləsinə xitam vermiş, onlarla daha sonra kontraktor kimi (xidmət) müqavilə bağlamışdı.  Məsələdən agah olan vergi orqanları müxtəlif faktlara istinadən iddia edirdi ki, “A” Şirkəti kontraktorlarla hələ də işçi kimi davranaraq, kontraktorlara iş rejimi müəyyən etmiş, intizam tənbehləri vermiş, məzuniyyətə buraxmış və ezamiyyətə göndərmişdir.  Gördüyümüz kimi konkret halda dəyişən yalnız hüquqi əqdlər olmuşdur, reallıqda isə əmək münasibətləri davam etmişdir.

Bu məsələni tənzimləyən əmək və vergi məcəllələrinə bir daha nəzər yetirsək əmin olaraq ki, muzdlu iş və ya işçi tƏqanunverici orqanlar xidmət müqaviləsinin tərəfi olan “kontraktor”a nə anlayış vermiş, nə də kontraktor və muzdlu işçi arasındakı fərqlər haqqında göstərişlər müəyyən etmişdir.  Bəs belə bir tərifə ehtiyac varmı? Əlbəttə ki, var və hətta bu labüddür.

  • Xidmət müqaviləsi bir çox ədəbiyyatda və müzakirələrdə “kontraktor” kimi hallanır.  Çox sadə dildə desək, bu halda xidmət göstərən tərəf (kontraktor) fiziki və ya (çox nadir hal da olsa) hüquqi şəxs kimi qeydiyyatdan keçmiş vergi ödəyicisidir.
  • Əvvəllər dövlət vergi orqanında xidmət etmiş Cəlil Əhmədov, əldə etdiyi vergi və hüquq təcrübəsi ilə biznes tərəfdaşlarına daxili və transsərhəd vergi məsələləri üzrə konsaltinq xidmətləri göstərən, sahibkarların məhkəmə və vergi cinayəti işlərini idarə edən, Azərbaycanda biznesin hüquqi və vergi aspektləri üzrə ixtisaslaşmış vəkildir.  “Certified Fraud Examiner” beynəlxalq sertifikatına malikdir.

Beynəlxalq hüquqda Lotus prinsipi olaraq da rast gəlmək olur.  

Onu da qeyd edim ki, bu vəziyyət yalnız ölkəmizə xas bir vəziyyət deyildir.  Bu iki müqavilə və münasibətlər arasındakı ”həssasiyyət” ölkəmizdən kənarda da çox bilinən və izlənilən bir mövzudur və bəzi ölkələr bu vəziyyətə aydınlıq gətirmək üçün müxtəlif qanunverici / hüquq alətlərindən istifadə edirlər.  Məqalənin növbəti sayında (ikinci hissədə) beynəlxalq təcrübədən təfərrüatlı danışacağam.

İstər dövlət orqanında, istərsə də fərdi fəaliyyətimdə vergi ödəyicilərinin və vergi orqanlarının mövzuya münasibətlərində dəfələrlə qeyri-müəyyən olduqlarının şahidi olmuşam. Nəticədə isə hər iki tərəf bir-birinə ziddiyyət təşkil edən, amma mövcud qanunlar əsasında maraqları çərçivəsində qərar verdiklərindən əmindirlər.  Belə ki –

  1. Vergi orqanları iddia edir ki, bəzi vergi ödəyiciləri xidmət müqaviləsi ilə əmək münasibətlərini pərdələyir və bununla dövlətə az vergi köçürməklə vergidən yayınır (bu barədə hesablamalarla izah verəcəyik). 
  2. Vergi ödəyiciləri bir çox hallarda qanunun qadağa qoymadığı (yaxud məhdudlaşdırmadığı)  hər hansı əməlin əslində qanuni olmasını iddia edərək[3]  (yəni, bir halda ki, qanunlar işçi və kontraktor arasındakı fərqliliklər haqqında susur, yaxud ortada bariz bir fəaliyyət məhdudiyyəti mövcud deyil) bəzən qərəzli şəkildə əmək müqavilələrini bilərəkdən xidmət müqaviləsi kimi tərtib edirlər. 

Məqaləmdə kimin haqlı, kiminsə haqsız mövqedə olduğunu və ya qanunsuz hərəkətini ifşa etmək niyyətində deyiləm.  Məqsədim hər iki tərəfi daha dolğun anlamaq və münasibətləri qanuni çərçivəyə salmağın yollarını axtarmaqdır.

  1. Məsuliyyət

Bir daha vergi qanunvericiliyinə nəzər salaq.  Amma əvvəla haşiyə ilə qeyd edim ki, 2018 və 2019-ci illərdə maraqlı bir gedişatın şahidi olduq.  Belə ki, vergi orqanları illik gəliri 200 min manatdan aşağı olan şəxslərin gəlir vergisini nə az, nə çox 20%-dən 5%-ə kimi azaltdı.  Bununla yanaşı, sadələşdirilmiş vergi ödəyicilərinin fəaliyyət dairəsini əhəmiyyətli dərəcədə azaltmağa müvəffəq oldu.  Əlimizdə statistik dəyərlər olmadığı üçün nəticəni konkret rəqəmlərlə bölüşə bilmirik.  Lakin, gümanım odur ki, bir çox hallarda bu tarixlərə kimi sadələşdirilmiş vergi ödəyicisi kimi qeydiyyatda olan konkratorlar kütləvi surətdə ya gəlir vergisi ödəyicisi statusuna, yaxud işçi kimi əmək müqavilələrinə miqrasiya etməli oldu.   

Bundan başqa, neft-qaz sahəsində və dövlət sektorundan başqa digər sahələrdə işləyən işçilərin 2019-cu ildən etibarən 7 il müddətinə aylıq gəlirindən 8 000 manatadək olan gəliri vergi ödənişindən azad edildi.

Aydındır ki, bu qanun dəyişiklikləri ölkəmiz ətrafında və özündə təzahür edən iqtisadi, sosial və digər proseslərə müdaxilə və təsir formasıdır.  Bir halda ki, sadələşdirilmiş vergi ödəyiciləri mövzusu aktuallaşmışdı, zənnimcə, bu imkandan istifadə edib, muzdlu işçi və kontraktor arasındakı ziddiyyətlərə də toxunulsa idi, məqsədəmüvafiq bir addım olardı. 

İndi isə diqqət yetirək əmək müqaviləsi ətrafında dolaşan cərimələr mövzusuna. Hazırda, Azərbaycanda əmək müqaviləsinin bağlanmasına nə az, nə çox 3 fərqli dövlət qurumu və orqan nəzarət edir – Dövlət Vergi Xidməti, Dövlət Əmək Müfəttişliyi və ASAN (ancaq tikinti sahəsində).  Əmək müqaviləsinin bağlanmamasına görə isə maliyyə sanksiyaları, cəza və cərimələr Vergi, İnzibati Xətalar, həmçinin Cinayət Məcəllələri ilə tənzimlənir. 

Zənn edirəm ki, eyni əmələ görə müxtəlif orqanların nəzarəti və qanunların tətbiqi inzibatçılıq nöqteyi-nəzərindən, həmçinin dürüst sahibkar kütləsi yaratmaq üçün zərurətdan artıq alətlərdir.  Cari ilin mart ayında Nazirlər Kabineti tərəfindən qeyri-formal məşğulluq sahəsində nəzarət tədbirlərinin koordinasiyası qaydası müəyyən edilsə də, inzibatçılığın və cərimələrin təmərküzləşdirilməsi və sadələşdirilməsi, fikrimcə, daha müvafiq bir addım olardı.

  1. Vergidən yayınmanın mümkünlüyü

Bəs niyə bu qədər vergi güzəştləri və ağır cərimələr olduğu halda, sahibkarlar hələ də işçi yox, kontraktor, yaxud xidmət müqavilələrində maraqlıdır? Müəllifin fikrincə bu sualın 2 cavabı var.

  1. Sahibkarlar üçün əmək müqaviləsinin bağlanması sərfəli deyil. Çünki, sahibkarlar vergidən başqa həm də sosial ödənişlər edir (gəlir vergi dərəcələri son illər ərzində azalsa belə, sosial ödəniş yükü azaldılmayıb). Hər 2 vəziyyəti aşağıdakı cədvəldə riyazi hesablamalarla müqayisə edək.

 

ÖDƏNİŞLƏR

XƏRCLƏR (AZN)

ƏMƏK MÜQAVİLƏSİ

XİDMƏT MÜQAVİLƏSİ

Əmək / Xidmət Haqqı

1000

1000

  1. Sosial sığorta haqqı

250
(1 000 x 25%)

62.5
(250 x 25%)

  1. İşsizlikdən sığorta haqqı

10

(1 000 x 1%)

-

  1. İcbari tibbi sığorta haqqı

20

(1 000 x 2%)

10

(250 x 4%)

  1. Vergi

0

46.4

((1 000 – (62.5+10)) x 5%)

  1. Məzuniyyət haqqı

105

-

CƏMİ

385

118.9

Oxuyucularda belə bir sual yarana bilər ki, madam ki, sahibkar hər iki halda 1 000 manat xərc çəkir, bəs xidmət müqaviləsinə qərəzli münasibət haradan yaranır?!  Əslində, bildiyimiz kimi ölkəmizdə əksər hallarda əmək haqqı xalis gəlir əsasında razılaşdırılır.   Bu isə o deməkdir ki, sahibkar xalis gəliri verə bilmək üçün yuxarıda sadalanan öhdəlikləri əlavə hesablamalı və xərc kimi nəzərə almalıdır.  Belə halda isə xidmət müqavilələri xərclərin azaldılması üçün bir çıxış yoludur. 

Nəzarətedici 3 orqandan heç biri təəssüf ki, işçi və kontraktor arasında olan sərhədi müəyyən edə bilməmişdir.  Misal üçün Amerika vergi orqanları bu mövzu ilə bağlı mövqelərini çap edir və hətta bu yanaşmanı demək olar ki, hər dəfə yeniləyir və bununla da sahibkarlara münasibətdə olduqları şəxslərlə diqqətə almalı olduqları meyarları, həmin şəxslərin statusunu müəyyən etmək üçün şərtləri, həmçinin səhv təsnifləşdirmənin nəticələrini təlimatlarla məlumatlandırır.

Məqalənin ikinci hissəsində problemlərin çıxış yolları haqqında və mövcud Amerika təcrübəsindən örnəklər göstərəcəyəm.

Kiçik və orta biznesi hüquqi müşayiət etməyə və təlimlərlə maarifləndirməyə, xidmət portfelini biznesin bütün sektorları ilə zənginləşdirməyə köklənən, zəngin təcrübəyə malik olan peşəkar hüquqşünaslar tərəfindən təsis edilmiş “ENSİS” hüquq şirkəti günümüzdə mövcud olan hüquqi problemlərə əlverişli və praktiki həllər təqdim etməkdədir.

Şirkətimizlə bu və ya hansı digər mövzu, yaxud xidmətlərimizlə maraqlanmaq istəyənlər bizimlə aşağıdakı vasitələrlə hər zaman əlaqə saxlaya bilər. 

Ünvanımız                   AF Hotel Plaza, 5-ci mərtəbə

Əlaqə nömrəmiz         +994 (50) 295-4773

Email ünvanımız         [email protected]

Facebook səhifəmiz   www.facebook.com/ensis.az

LinkedIn səhifəmiz    www.linkedin.com/company/ensis-law/

Saytımız                     https://ensislaw.com/

 Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram