Əmək münasibətlərinin ən çox rəsmiləşdirildiyi sahələr | Banco.az

Əmək münasibətlərinin ən çox rəsmiləşdirildiyi sahələr

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə 2019-cu ildə daxil olan müraciətlər əsasında işçilərin əmək müqaviləsi olmadan işə cəlb edilməsi ilə bağlı 196 fakt aşkar olunub. Xidmətdən verilən məlumata görə, keçən il görülən kompleks tədbirlər nəticəsində əmək müqavilələrinin sayı təkcə qeyri-neft sektorunda 99 mindən çox artıb. 2019-cu ildə bağlanılan ən çox əmək müqaviləsi qeyri-dövlət sektorunun topdan və pərakəndə ticarət, emal, tikinti və digər sahələrini əhatə edir.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, 2019-cu il ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin "Əmək Müqaviləsi Bildirişləri" altsistemində əmək müqaviləsi bildirişinin sayında 153 min artım olub. Bunun 99 mini özəl sektorun, 54 mini isə dövlət sektorunun payına düşüb.

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et