Əmək haqqından hara və nə qədər pul tutulmalıdır? | Banco.az

Əmək haqqından hara və nə qədər pul tutulmalıdır?

Ümumiyyətlə əmək haqqından hansı tutulmalar ola bilər? Bu tutulmalar hansı dərəcədə olmalıdır və praktiki olaraq necə hesablanır? İşçidən və işəgötürəndən tutlmalar nə qədər tutulur?

Gəlin birlikdə bu suallara aydınlıq gətirək. Qeyd edim ki, məqalə iki hissədən ibarət olacaq. Nəzəri və praktiki hissə. Nəzəri hissədə əmək haqqından tutulmaların qanun hissəsi, praktiki hissədə isə nümunələrlə izah verəcəm. Bir məsələni də qeyd edim ki, aşağıda bəhs edəcəyimiz tutulmalar yalnız əmək müqaviləsi ilə çalışan işçilərə şamil edilir.

Əmək haqqından tutulmaları aşağıdakı şəkildə quplaşdıra bilərik:

  • Fiziki şəxslərin gəlir vergisi
  • Məcburi dövlət sosial sığorta haqqı
  • İşsizlikdən sığorta haqqı
  • Və digər ödənişlər ( həmkarlar ittifaqına üzvlük haqqı, digər üzvlük haqqları v.s)

Nəzəri hissə:

Fiziki şəxslərin gəlir vergisi -  1 yanvar 2019 cu il tarixindən qüvvəyə minən dəyişikliklərə əsasən fiziki şəxslərin gəlir vergisini neft-qaz sektoru və qeyri dövlət sektorunda çalışan işçilərin əmək haqqından tutulan gəlir vergisi və neft-qaz sektoru olamayan özəl müəssiələrdə çalışan işçilərin əmək haqqından tutulan gəlir vergisi kimi iki yerə bölə bilərik.

Vergilər Məcəlləsinin 101 ci maddəsinə əsasən;

Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi 2019-cu il yanvarın 1-dən 7 il müddətində aşağıdakı cədvələ uyğun olaraq tutulur:

Vergiyə cəlb edilən aylıq gəlir

Verginin dərəcəsi

8000 manatadək

0 faiz

8000 manatdan çox olduqda

8000 manatdan çox olan məbləğin 14 faizi

Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Neft-qaz sektorunda fəaliyyəti olan və dövlət sektorunda çalışan fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi aşağıdakı cədvələ uyğun tutulur:

Vergi tutulan aylıq gəlirin məbləği

Verginin məbləği

2500 manatadək

14 faiz

2500 manatdan çox olduqda

350 manat + 2500 manatdan çox olan məbləğin 25 faizi

2019 cu il üçün neft-qaz sektorunda fəaliyyəti olan və dğvlət sektorunda çalışan işçilər üçün vergidən azad olunan məbləq 200 AZN müəyyənləşdirilmişdir.

İki və ya daha çox yerdə muzdla işləyən fiziki şəxslərin gəlirlərindən gəlir vergisi hər bir iş yerində ödənilən məbləğdən ayrıca hesablanır və dövlət büdcəsinə ödənilir.

Məcburi dövlət sosial sığorta haqqı- sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir.Məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir.

Sosial sığorta haqqında qanuna əsasən, muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir:

  • sığortaedən tərəfindən ödənilən sığorta haqqı - hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi;
  • sığortaolunan tərəfindən ödənilən sığorta haqqı - işçinin əməkhaqqının və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin 3 faizi.

Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortaedənlərdə işləyən sığortaolunanların muzdlu işdən aylıq gəlirlərindən məcburi dövlət sosial sığorta haqqı 2019-cu il yanvarın 1-dən 7 il müddətində aşağıdakı dərəcələrlə ödənilir:

 

İşsizlikdən sığorta haqqı  – bu Qanunda nəzərdə tutulmuş hallarda sığorta olunanların itirilmiş əməkhaqlarının kompensasiya edilməsinə yönəldilmiş təminat formasıdır.

İşsizlikdən sığorta haqqaında qanunun 9 cu maddəsinə əsasən, işsizlikdən sığorta üzrə sığorta tarifləri aşağıdakı faiz dərəcələri ilə müəyyən edilir:

  • sığortaedən tərəfindən ödənilən sığorta haqqı üzrə – hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi;
  • sığortaolunan tərəfindən ödənilən sığorta haqqı üzrə – işçinin əməkhaqqının 0,5 faizi.

Digər ödənişlər – Bunlardan əsasən həmkarlar ittifaqına üzvlük haqqlarını misal göstərmək olar. Digər üzvlük haqqları da ola bilər.

Həmkarlar ittifaqları haqqında qanuna əsasən, Həmkarlar ittifaqları istehsal və ya qeyri-istehsal sahələrində çalışan işçilərin, habelə pensiyaçıların və təhsil alan şəxslərin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün iş yeri, peşələr, sahələr üzrə və respublika səviyyəsində fərdi üzvlük prinsipi əsasında könüllü birləşdiyi, nizamnamələri və bu Qanun əsasında fəaliyyət göstərən müstəqil ictimai, qeyri-siyasi təşkilatdır.

Həmkarlar  ittifaqına üzvlük haqqlarının dərəcəsi qanunla müəyyənləşdirilməyib. Bəzi müəssislərdə bu, 1 % və ya başqa cür ola bilər.

Praktiki hissə:

Yuxarıda qeyd etdiyimiz tutulmalara dair bir neçə nümunə göstərək.

Nümunə 1. Fərz edək ki, fiziki şəxs neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən müəssisdə çalışır və aylıq əmək haqqısı 700 AZN-dir.

  İl

2018

2019

Əmək haqqı

700

700

Gəlir vergisi

(700-173)*14%=73.78

0

Sosial sığorta haqqı  (İşçidən)

700*3%=21

6+(500*10%)=56

Sosial sığorta haqqı  (İşəgötürən)

700*22%=154

(200*22%)+(500* 15%)=119

İşsizlikdən sığorta haqqı (işçi)

700*0.5%=3.5

700*0.5%=3.5

İşsizlikdən sığorta haqqı (işəgötürən)

700*0.5%=3.5

700*0.5%=3.5

İşçinin aldığı əmək haqqı

700-(73.78+21+3.5)=601.72

700-(56+3.5)=640.5

Ən sərfəli kredit üçün müraciət et

Nümunə 2. Neft-qaz sektorunda fəaliyyəti olan və dövlət sektorunda çalışan fiziki şəxsin aylıq əmək haqqısı 400 AZN-dir.

  İl

2018

2019

Əmək haqqı

400

400

Gəlir vergisi

(400-173)*14%=31.78

(400-200)*14%=28

Sosial sığorta haqqı  (İşçidən)

400*3%=12

400*3%=12

Sosial sığorta haqqı  (İşəgötürən)

400*22%=88

400*22%=88

İşsizlikdən sığorta haqqı (işçi)

400*0.5%=2

400*0.5%=2

İşsizlikdən sığorta haqqı (işəgötürən)

400*0.5%=2

400*0.5%=2

İşçinin aldığı əmək haqqı

400-(31.78+12+2)=354.22

400-(28+12+2)=358

Nümunə 3. Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən müəssisdə çalışan işçinin aylıq əmək haqqısı 9000 AZN-dir.

  İl

2019

Əmək haqqı

9000

Gəlir vergisi

(9000-8000)*14%=140

Sosial sığorta haqqı  (İşçidən)

6+(8800*10%)=886

Sosial sığorta haqqı  (İşəgötürən)

44+(8800*15%)=1364

İşsizlikdən sığorta haqqı (işçi)

9000*0.5%=45

İşsizlikdən sığorta haqqı (işəgötürən)

9000*0.5%=45

İşçinin aldığı əmək haqqı

9000-(140+886+45)=7929

Nümunə 4. Neft-qaz sektorunda fəaliyyəti olan və dövlət sektorunda çalışan fiziki şəxsin aylıq əmək haqqısı 3500 AZN-dir.

  İl

2019

Əmək haqqı

3500

Gəlir vergisi

350+(1000*25%)=600

Sosial sığorta haqqı  (İşçidən)

3500*3%=105

Sosial sığorta haqqı  (İşəgötürən)

3500*22%=770

İşsizlikdən sığorta haqqı (işçi)

3500*0.5%=17.5

İşsizlikdən sığorta haqqı (işəgötürən)

3500*0.5%=17.5

İşçinin aldığı əmək haqqı

3500-(600+105+17.5)=2777.5

Nüsrət XƏLİLOV, banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et