“Embafinans”ın xalis mənfəəti kəskin artıb | Banco.az

“Embafinans”ın xalis mənfəəti kəskin artıb

Bank olmayan kredit təşkilatı “Embafinans” QSC 2019-cu ilin yekunlarını təqdim edib.

Hər il olduğu kimi Embafinans 2019-cu ili də uğurla başa vurub. Cəmiyyət tərəfindən təqdim olunan maliyyə hesabatına istinadən təşkilatın mənfəəti yenidən artıb.

“Embafinans”ın xalis mənfəəti kəskin artıb

Bank Olmayan Kredit Təşkilatı “Embafinans” QSC Beynəlxalq Maliyyə Hesabatları Standartlarına uyğun maliyyə nəticələrini dərc edib. http://embafinans.az/az/maliyye-hesabati

Maliyyə hesabatlarına “PraysvoterhausKupers Audit Azərbaycan” şirkəti (PwC Azerbaijan) rəy verib.

Marja.az maliyyə hesabatlarına istinadən xəbər verir ki, “Embafinans” QSC 2019-cu ili 3 milyon 252 min manat xalis mənfəət ilə başa vurub. 2018-ci illə müqayisədə ötən il təşkilatın xalis mənfəəti 1 milyon 425 min manat və ya 78% artıb.

10 MİLYON MANATA YAXIN FAİZ GƏLİRİ

Xalis mənfəətin artması “Embafinans”ın gəlirlərinin artmasından qaynaqlanır. 2019-cu ildə 2018-ci illə müqayisədə təşkilatın faiz gəlirləri 3 milyon 34 min manat və ya 44% artaraq 9 milyon 919 min manat təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Faiz gəlirlərinin artması da müştərilərə verilən kreditlərin artmasından qaynaqlanır. Ötən il “Embafinans”ın kredit portfeli 11 milyon 555 min manat və ya 49,3% artaraq 34 milyon 989 min manata yüksəlib.

2018-ci illə müqayisədə 2019-cu ildə “Embafinans”ın cəmi aktivləri 12 milyon 438 min manat və ya 42% artaraq 42 milyon 83 min manata çatıb.

31 Dekabr 2019-cu il tarixində “Embafinans” 15 milyon 933 min manat cəmi kapitala malik olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et