"Embafinans" QSC bank olmayan kredit təşkilatı nizamnamə kapitalını 2 dəfə artıraraq 10 milyon manatdan 20 milyon manata çatdırmağı planlaşdırır.
Məlumata görə, kapital artımı üçün dövriyyəyə hər birinin nominal dəyəri 1 000 manat olan 10 min ədəd adi səhm buraxılacaq.
Qiymətli kağızlar "Azfinance İnvestisiya Şirkəti" QSC-nin vasitəçiliyi ilə, qapalı üsulla yerləşdiriləcək.
Xatırladaq ki, "Embafinans" 2012-ci ildə yaradılıb. BOKT-un səhmlərinin 60%-i Elşad Abbasova, 40%-i isə Məşhur Məmmədova məxsusdur.
Report
Bizi sosial şəbəkələrdən izləyin!!