Əmanətlərin tam sığortalanması müddəti uzadılır | Banco.az

Əmanətlərin tam sığortalanması müddəti uzadılır

"Məlum olduğu kimi, qlobal iqtisadiyyatda baş verən böhran prosesləri fonunda ölkədə maliyyə sabitliyini qorumaq, bank sisteminin dayanıqlığını təmin etmək, əmanətçilərin bank sisteminə etibarını gücləndirmək məqsədilə 2016-cı il 19 yanvar tarixində “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. 2016-cı il martın 4-dən qüvvəyə minən həmin Qanuna görə, Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq 3 il müddətində tam sığortalanmışdır. Daha sonra, 19 fevral 2019-cu il tarixində Qanuna edilmiş dəyişikliklər əsasında həmin müddət 1 il (04 mart 2020-ci ilə qədər) uzadılmışdır.

“Əmanətlərin tam sığortalanması haqqında” Qanunun yenidən uzadılması məsələsi Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasında geniş müzakirə edilmişdir. Müzakirələrin nəticəsi olaraq əmanətçilərin və kreditorların mənafelərinin daha etibarlı qorunması üçün “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun əlavə 9 ay uzadılması məqsədəuyğun sayılmışdır və müvafiq tövsiyə hazırlanmışdır. Maliyyə Sabitliyi Şurasının tövsiyəsi dəstəklənmişdir və yeni seçilmiş Milli Məclis fəaliyyətə başlayandan sonra Qanun layihəsi müvafiq qaydada qanunvericilik hüququna malik orqan tərəfindən parlamentin müzakirəsinə təqdim ediləcəkdir.

Ən sərfəli kredit üçün müraciət et

Bu barədə Mərkəzi Bankdan bildirilib.

Nəzərdə tutulur ki, cəlb olunduğu tarixə Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaya malik olan Fondun iştirakçı bankları tərəfindən tam sığortalanması müddətinin 04 mart 2020-ci il tarixindən 04 dekabr 2020-ci il tarixinədək uzadılsın.

Qeyd edək ki, 1 iyul 2019-cu il tarixindən etibarən milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini 10%, xarici valyutada isə 2,5% müəyyən edilib.  

marja