Əmanətlərin kapitallaşması nə deməkdir? | Banco.az

Əmanətlərin kapitallaşması nə deməkdir?

Adətən depozitləri müqayisə edəndə ortaya faizlərin kapitalizasiyası və ya kapitallaşma kimi terminlər gəlir. Bəs faizlərin kapitallaşması nə deməkdir?

Bir qayda olaraq, əmanətdən gələn gəlirlər əmanət müddətinin bitdiyi gündə əsas məbləğin üzərinə əlavə olunaraq, sizə təhvil verilir. Amma elə əmanət növləri vardır ki, siz faizləri daha öncədən ala bilirsiniz. Bütün bunlar isə faizlərin kapitallaşması funksiyasından asılıdır.

Əmanətlər üzrə faizlərin kapitallaşması dedikdə aylıq və ya rüblük olaraq depozitə hesablanmış faizlərin bank hesabına, yəni əsas məbləğin üzərinə əlavə edilməsi başa düşülür. Beləliklə, növbəti dövr ərzində faizlər artıq daha böyük məbləğə hesablanacaq, bu isə sizin yekun mənfəətinizi artıracaq. Başqa sözlə desək, faizlərin kapitallaşması elə bir prosesdir ki, əmanət üzrə hesablanan faizlər (əmanətin gəlirləri) dövri olaraq əmanət məbləğinin üzərinə əlavə olunur və onun həcmini artırır. Bu proses pullarınızın bankda əmanət olaraq qaldığı müddətdə davam edir.

Məsələn 1 illik 11%-lə 5000 AZN həcmində yerləşdirilən əmanətin yekun mənfəətinə baxaq. Kapitallaşmanın aylıq olduğu əmanət ilə kapitallaşma olmayan əmanəti müqayisə edək.

Kapitallaşmanın olduğu əmanət

Tarix

Günlərin sayı

Əsas məbləğ

Əmanət üzrə %

0

10.04.2014

 

5 000,00

 

1

10.05.2014

30

5 045,21

45,21

2

10.06.2014

31

5 092,34

47,13

3

10.07.2014

30

5 138,38

46,04

4

10.08.2014

31

5 186,39

48,01

5

10.09.2014

31

5 234,84

48,45

6

10.10.2014

30

5 282,17

47,33

7

10.11.2014

31

5 331,52

49,35

8

10.12.2014

30

5 379,72

48,20

9

10.01.2015

31

5 429,98

50,26

10

10.02.2015

31

5 480,71

50,73

11

10.03.2015

28

5 526,96

46,25

12

10.04.2015

31

5 578,59

51,64

 

Cəmi

365

5 578,59

578,59


Kapitallaşmanın olmadığı əmanət

Tarix

Günlərin sayı

Əsas məbləğ

Əmanət üzrə %

0

10.04.2014

 

5 000,00

 

1

10.05.2014

30

5 000,00

45,21

2

10.06.2014

31

5 000,00

46,71

3

10.07.2014

30

5 000,00

45,21

4

10.08.2014

31

5 000,00

46,71

5

10.09.2014

31

5 000,00

46,71

6

10.10.2014

30

5 000,00

45,21

7

10.11.2014

31

5 000,00

46,71

8

10.12.2014

30

5 000,00

45,21

9

10.01.2015

31

5 000,00

46,71

10

10.02.2015

31

5 000,00

46,71

11

10.03.2015

28

5 000,00

42,19

12

10.04.2015

31

5 000,00

46,71

 

Cəmi

365

5 000,00

550,0

Ən sərfəli kredit üçün müraciət et

Kapitallaşma olduğu halda, qazancınız 578 manat 59 qəpik, olmadığı halda isə 550 manat olacaqdır. Sizin birinci ay üçün əldə etdiyiniz 45 manat 21 qəpik artıq ikinci ayda 5000 AZN-in üzərinə əlavə olunur və növbəti ay üçün faizlər artıq 5 045,21 AZN-ə hesablanır. 

İkinci nümunədə gördüyünüz kimi əsas məbləğ dəyişməz qalır. Hesablanan faizlər ayrıca hesabda toplanılır və müddətin sonunda sizə verilir. İlk baxışda hər şey çox aydın görünür. Kapitallaşma ilə olan əmanətlər daha sərfəlidir.

Lakin incə bir nüansı da diqqətinizə çatdırmaq istərdik. Adətən, faizlərin kapitallaşdığı halda sizə təqdim edilən illik depozit faizi daha aşağı olur. Bu fərq çox cüzi görünsə də, sonda sizin qazancınızda ciddi dəyişikliyə səbəb ola bilər.

Məsələn siz 10%-lə 5000 AZN-i kapitallaşan əmanət kimi və ya eyni məbləği 10,5%-lə kapitallaşmanın olmadığı əmanətdə yerləşdirsəniz, fərq necə olar?

Birinci halda qazancınız: 523,56 AZN

İkinci halda qazancınız: 525,00 AZN AZN

Bu fərq daha böyük məbləğlərdə və uzunmüddətli əmanətlərdə daha çox nəzərə çarpır.

Beləliklə, əgər seçim qarşısında qalsanız, eyni faizli depozitlər içərində faiz dərəcələrinin kapitallaşdığı əmanəti seçin. Digər hallarda isə depozit üzrə illik faiz dərəcəsi daha yüksək olan əmanətdə qazancınız daha çox olacaq. 

Özünüzə uyğun depozit seçin

Könül Soltanova/Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et