Azərbaycanda bank əmanətlərinin sığortalanması ilə bağlı fevralın 24-də qəbul edilən yeni qərar təkcə bundan sonra yatırılan əmanətlərə deyil, indiyədək bankda olan əmanətlərə də şamil olunacaq. Bu barədə məlumatı Banco.az portalı Əmanətlərin Sığortalanması Fonduna (ADİF) istinadən verir.
Xatırladaq ki, fevralın 24-də ADİF qorunan əmanətlər üzrə maksimal faiz dərəcəsinin 9%-dən 12%-ə qaldırılması barədə qərar qəbul edib.
ADİF-dən kommersiya banklarına fevralın 25-də ünvanlanan məktubda qeyd edilir ki, qorunanm əmanətlər üçün maksimum faiz dərəcəsinin 9%-dən 12%-ə qaldırılması barədə qərar 1 avqust 2013-cü il tarixdən sonra banklara qoyulan bütün 12%dək olan əmanətlərə şamil olunacaq. Qeyd edək ki, Əmanətlərin Sığortalanması Fondu tərəfindən belə qaydanın tətbiq edilməsi ilk dəfədir. Bir qayda olaraq qorunan əmanətlər üzrə faiz dərəcəsi dəyişdirildikdə, yeni qərar yalnız qərardan sonra banka yatırılan əmanətlərə şamil edilirdi.