Əmanətçilərə 273 mln. manat kompensasiya ödənilib | Banco.az

Əmanətçilərə 273 mln. manat kompensasiya ödənilib

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) bu il lisenziyası ləğv edilmiş 10 kommersiya bankının qorunan əmanətçilərinə kompensasiya ödənişini davam etdirir.

Fonddan verilən məlumata görə, indiyə qədər bu bankların əmanətçilərinə ümumilikdə 272,577 mln. manat ödənilib.

Belə ki, “Parabank” ASC-nin qorunan əmanətçiləri 32,802 mln. manat, “Zaminbank” ASC - 50,853 mln. manat, “Kredobank” ASC - 17,184 mln. manat, “Dekabank” ASC - 2,836 mln. manat, “Atrabank” ASC - 13,830 mln. manat, “Qafqaz İnkişaf Bankı” ASC - 1,816 mln manat, “Bank of Azerbaijan” ASC - 24,091 mln. manat, “Gəncəbank” ASC - 956 min manat, “Texnikabank” ASC-nin qorunan əmanətçiləri 119,974 mln. manat, "Bank Standard" QSC-nin qorunan əmanətçiləri isə 8,23 mln. manat kompensasiya alıblar.

Ən sərfəli kredit üçün müraciət et

Mənbə : Report.az