Əmanət və kreditlərin sayı artıb | Banco.az

Əmanət və kreditlərin sayı artıb

2014-cü ildə əhalinin gəlirləri əvvəlki illə müqayisədə 4.8 faiz artaraq 39.4 milyard manata çatıb. 

Bu məlumat Dövlət Statistika Komitəsinin 2014-cü ildə ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri ilə bağlı xülasəsində yer alıb. Məlumatda bildirilir ki, əhalinin hər nəfərə düşən məbləği isə 3.5 faiz artaraq 4180.5 manata çatıb. Gəlirlərin 68.8 faizi son istehlaka, 8.7 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 20.0 faizi isə əmanətlərin və kapitalın artırılmasına sərf olunub. 

Əhalinin banklardakı əmanətləri 2014-cü ilin on bir ayının göstəriciləri ilə müqayisədə 10.4 faiz artaraq 7.1 milyard manata çatıb. Əmanətlərin 4.5 milyard manatını və ya 63.2 faizini milli valyuta, 2.6 milyard manatını isə xarici valyuta təşkil edib, vəsaitin 5.4 milyard manatı özəl banklara qoyulub. 

Ən sərfəli kredit üçün müraciət et

Yanvar-noyabr aylarında maliyyə-kredit təşkilatları tərəfindən ölkənin hüquqi və fiziki şəxslərinə verilmiş kreditlərin məbləği 19.1 faiz artaraq əvvəlki illərdə verilmiş kreditlər də nəzərə alınmaqla 18.2 milyard manata çatıb. Kreditlərin 79.5 faizi uzun müddətə verilib, 5.4 faizinin ödəmə vaxtı keçib. 

2014-cü il dekabr ayının 1-i vəziyyətinə ölkə əhalisinin sayı 9583.2 min nəfərə çataraq ilin əvvəlindən 106.1 min nəfər və ya 1.1 faiz artıb.