Elon Muskın zarafatı həqiqətə çevrildi | Banco.az

Elon Muskın zarafatı həqiqətə çevrildi

Elon Muskın 28 yanvarda satışa çıxarılan, amma əvvəl hər kəsin zarafat hesab etdiyi od silahı hər kəsin marağına səbəb olub. Belə ki, keçdiyimiz günlərdə Elon Muskın sahib olduğu şirkətlərdən biri The Boring Company qiyməti 20 dollar olan hədiyyəlik papaqları satışa buraxmışdı. Elon Musk da  twitter sosial şəbəkəsindən əgər papaqların satışı 50 000 keçərsə papaqla yanaşı od silahı da satacaqlarını yazmışdı, təbii ki hər kəs bunu zarafat  kimi qəbul etmişdi. Od silahı hara? , dünyanı yaxşılaşdırmağa çalışan Elon Musk hara? :)  Lakin 28 yanvarda silah həqiqətən satışa buraxıldı.

Ən sərfəli kredit üçün müraciət et

50 000 papaq satışından 1 milyon dollar gəlir əldə edilmişdi, sonrasında satışa çıxarılan 500 dollar qiymətində od silahı şirkətə 3 milyon yarım gəlir qazandırdı. 20.000-dən çox satılmayacağı deyilən silahın şirkətə 10 milyon dollarlıq bir maliyyələşmə mənbəyi qazandıra bilər. 

Xəzər Aslanov. Banco.az