Elman Rüstəmov ipotekada gözlənilən yeniliklərdən danışdı | Banco.az

Elman Rüstəmov ipotekada gözlənilən yeniliklərdən danışdı

Azərbaycan Respublikasının Mərkəzi Bankının sədri Elman Rüstəmov ipotekada gözlənilən yeniliklərdən danışdı.

İpoteka mexanizmində hansı yeniliklərə ehtiyac duyursunuz? Bankın və hökumətin yeni strategiyası nədən ibarətdir?

İpoteka fondu fəaliyyətdə olduğu dövrdə 16 minə qədər ailəyə kredit vermişdir. Vacib məqam odur ki, ipoteka portfeli bankların kredit portfelinin ən sağlam hissəsidir. Bankların öz vəsaitləri hesabına verilmiş kreditlər təxminən 1,2 milyard manat təşkil edib, bu da təxminən 20 min əhaliyə ipoteka krediti verilməsi deməkdir. Qiymətləndirmələrə görə son illərdə mənzil satışının 15%-i məhz ipoteka hesabına baş verir. Hesab edirəm ki, ciddi bir rəqəmdir. Lakin beynəlxalq təşkilatlar ilə birlikdə aparılan araşdırmalar göstərir ki, ipoteka bazarının həcmi, yəni ipotekaya olan tələbat təklifi qat-qat üstələyir. Növbəti ildə qarşılaşdığımız mürəkkəbliklərə baxmayaraq, Maliyyə Nazirliyi tərəfindən sosial ipotekaya ayrılan vəsait 10 milyon manat da artırılaraq, 50 milyon manata çatdırılıb. Bu o deməkdir ki, daha çox əhali, daha çox ailə bu mexanizmdən yararlana biləcək.

Lakin əlavə işlər də görmək mümkündür ki, burada iki konteksti ayırmaq olar.

Sosial kontekst olduqca ciddidir – biz bilirik ki, sosial rifahın ən mühüm komponentlərindən biri insanların mənzilə olan tələbatının ödənməsidir. Bu günləri insanlar bir sosial rifahı təmin edəcək bir çox komponent ilə təmin olunublar, məsələn iş, geyim və s. Amma sosial rifah baxımından onları ən çox narahat edən mənzil təminatıdır.

Son 10 ildə təxminən 34 milyon kv/km mənzil tikintisi baş verib və istifadəyə verilib. Bu böyük bir nəticədir. Amma bu tələbat bizə sosialist keçmişimizdən miras qalıb. Hamının yaxşı yadındadır ki, insanlar 20-30 illərlə mənzil növbəsinə dururdu və bu ödənilməmiş tələbatdır. Buna təxirə salınmış tələbat deyilir. Bu tələbatı necə ödəmək olar?

İpoteka çox mühüm bir mexanizmdir, bunu iqtisadi tərəfi ondan ibarətdir ki, son  10 il ərzində inkişaf etmiş tikinti infasrukturu yaradılıb, tikinti sanayesi yaradılıb. Bizim hesablamalara görə ipotekaya yatırılan 1 manat vəsait, kənar sahələrdə 5 manata qədər investisiyalara və inkişafa səbəb olur. Buna iqtisadi multiplikator deyilir, birin beşə nisbətində. Biz bu yolla tikintini, xüsusilə də mənzil tikintisini çox mühüm iqtisadi drayverə çevirə bilərik. Qeyri-neft sektorunun artımına da töhfə etmiş olarıq.

Ən sərfəli kredit üçün müraciət et

Bizi yeni ipoteka strategiyamız var: Maliyyə nazirliyi və digər həmkarlarımız ilə aktiv məsləhətləşmələr gedir. Bu məsələ hökumətdə müzakirə olunandan sonra biz müəyyən təkliflərlə çıxış edəcəyik. Hesab edirəm ki, cari ildə də ipotekaya ayrılan vəsaitləri artırmaq mümkündür. Bazar mexanizmlərində, dövlətə və büdcəyə yük yaratmadan bazar mexanimləri vasitəsi ilə vəsait cəlb etməyi düşünürük. Bu gün də bu baş verir. 680 milyonun əhəmiyyətli bir hissəsi - yarıdan çoxu dövlət xətti ilə verilmiş, digər əhəmiyyətli bir hissəsi isə bazardan cəlb olunmuş vəsaitlərdir.

Yəni mexanizm belədir, maliyyə nazirliyinin verdiyi, büdcədən ayırdığı vəsaitlər fond həm kredit kimi verir, digər tərəfdən həm də fondun kapitalına çevrilir. Bu kapital sayəsində fond istiqrazlar emissiya edir və bazar iştirakçıları həmin istiqrazları alırlar, fond yenidən vəsait cəlb etmiş olur. İpoteka fondu əhaliyə təkrarən kommersiya ipotekası verir.

Vəsaitin artırılmasından əlavə bəs, şərtlərdə dəyişiklik olacaqmı?

Biz düşünürük ki, ipoteka kimi verilən kreditin məbləğini artırmaq lazımdır, bu gün 50 min manat limiti mənzil qiymətlərinin yüksəlməsi şəraitində əhalini təkrar və mənzil bazarına yönəldir. Biz hesab edirik ki, əhəmiyyətli surətdə bu vəsaiti artırmaq lazımdır, xüsusən də kommersiya ipotekasında. Mən düşünürəm ki, bunu sosial ipotekada da etmək olar ki, əhali bu vəsait sayəsində daha komfortlu yeni tikililərə üz tuta bilsin. Bizim məqsədimiz də budur, çünki yeni tikililərə yönəlmiş ipoteka iqtisadi inkişafa dəstək və təkan verir.

İpoteka kreditlərinin regionlara, kəndlərə getməsinin perspektivləri necədir?

İstənilən bir maliyyə xidmətinə çıxış hər yerdə olmalıdır. Biz artıq Naxçıvanda ipoteka kreditlərinin verilməsi başlamışıq, bu bizim regionlara ilk addımlarımızdır və müvəffəqiyyətli bir təcrübədir. O ki qaldı kənd yerlərinə, burada müəyyən bazar münasibətləri yetişməlidir. Əmlak bazarı, əmlakın qeydiyyatı, əmlakın satılma perspektivləri kimi məsələlər öz həllini tapmalıdır. Müraciətlər çox olur, biz də hesab edirik ki, ayrı-seçkilik olmamalıdır.

Ən sərfəli krediti almaq üçün müraciət et