Elman Rüstəmov: "İlin sonuna kimi orta illik inflyasiya birrəqəmli səviyyədə qalacaq" | Banco.az

Elman Rüstəmov: "İlin sonuna kimi orta illik inflyasiya birrəqəmli səviyyədə qalacaq"

“Cari ildə inflyasiya birrəqəmli səviyyədə qorunub. 8 ayda orta illik inflyasiya 3,8% təşkil edib ki, bu da tərəfdaş ölkələrdəki səviyyədən 8,3% aşağıdır".

Banco.az  "APA-Economics"ə istinadən xəbər verir ki, bunu Azərbaycan Milli Məclisinin növbəti plenar iclasında Azərbaycanın 2016-cı il üçün dövlət büdcə zərfinin müzakirəsi zamanı Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

Ən sərfəli kredit üçün müraciət et

Onun sözlərinə görə, hesabat dövründə əhalinin gəlirlərinin artımı inflyasiyanı üstələyərək 2,1% artıb.

"İlin sonuna ölkədə orta illik inflyasiya birrəqəmli səviyyədə qalacağı gözlənilir. 2016-cı ildə Mərkəzi Bankın yürüdəcəyi pul siyasəti hökumətin inflyasiya üzrə proqnozunun (təxminən 4% səviyyəsində) reallaşmasına dəstək verəcək", - deyə E. Rüstəmov bildirib.

Ən sərfəli krediti almaq üçün müraciət et