Elizabeth Warren banklarla bağlı təklif irəli sürdü | Banco.az

Elizabeth Warren banklarla bağlı təklif irəli sürdü

Financial Timesın bazar günü verdiyi hesabata görə ABŞ senatoru Elizabeth Warren ABŞ Əmək Departamentini müxtəlif banklarda dinləmələrə çağırır. O, hesab edir ki, bankların valyuta bazarına nəzarət etməsi, pensiya hesablarının da onlar tərəfindən idarə olunmasına gətirib çıxara bilər.

"Banklar günahkar olduqlarını qəbul edərkən, federal agentliklər də məsələdən yayınmaq əvəzinə müdaxilə etməlidirlər." deyə Warren  öz müsahibəsində qeyd edib. "ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) bankların özbaşınalığını ört-basdır etsə də, bu hələ Əmək Departamenti üçün işin bitməsi demək deyil. Çünki o açıq dinləmələrdə iştirak edərək, işçilərin pensiyalarının nizamlanmasında bankların nə qədər etibarlı olmasını müəyyən edə bilər."

Ən sərfəli kredit üçün müraciət et

Mayın 20-də verilən məlumata görə ABŞ-ın JPMorgan Chase & Co və Citigroup Inc kimi nəhəng bankı 5.7 mlrd dollar məbləğində cərimələnib. Digər 4 bank isə valyuta məzənnələrinin manipulyası edilməsi əməlinə görə cinayət işinə cəlb olunub.