Əlilliyi olan şəxslərin biznes qurmasına dəstək | Banco.az

Əlilliyi olan şəxslərin biznes qurmasına dəstək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə BMT-nin İnkişaf Proqramının birgə icrasına başladığı "Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması" layihəsi 500 nəfər əlilliyi olan şəxsin özünüməşğulluq fəaliyyəti müstəvisində dayanıqlı biznes qurmalarına dəstək vermək məramına xidmət edir.

Nazirliyin Məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdiri Elnur Süleymanov həssas qrupların, xüsusilə əlilliyi olan şəxslərin məşğulluğunun və əmək bazarına, həmçinin kiçik biznesə çıxışının dəstəklənməsinin ölkədə aparılan siyasətin əsas istiqamətlərindən olduğunu deyib. O, "Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması" layihəsinin də bu istiqamətdə işlərə dəyərli töhfə verəcəyini vurğulayıb.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edilib ki, layihənin icrası üçün pilot olaraq müəyyən edilmiş 12 şəhər və rayon üzrə məşğulluq orqanlarında qeydiyyatdan keçən əlilliyi olan şəxslər arasından layihənin iştirakçılarının seçimi üçün artıq elanlar dərc edilib. Həmçinin əlilliyi olan şəxslərin daha operativ məlumatlandırılması üçün onlara SMS şəklində bildirişlərin də göndərilməsi məqsədəmüvafiq hesab olunub. Layihəyə cəlb ediləcək əlilliyi olan şəxslərin sosial-əmək reabilitasiyasının effektiv şəkildə həyata keçirilməsi diqqətdə saxlanılır. Bu məqsədlə layihəyə müvafiq sahədə ixtisaslaşmış mütəxəssislərin dəvət edilməsi ilə bağlı işlərin sürətləndirilməsinin vacibliyi də vurğulanıb.

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et