Ələt Azad İqtisadi Zonasında nəqliyyat-logistika mərkəzi yardılacaq | Banco.az

Ələt Azad İqtisadi Zonasında nəqliyyat-logistika mərkəzi yardılacaq

Bu ilin oktyabrında Ələt Azad İqtisadi Zonasının (AİZ) ərazisində nəqliyyat-logistika mərkəzinin tikintisinə başlamaq planlaşdırılır.

Bunu Ələt AİZ-in İdarə heyətinin sədri Valeh Ələsgərov deyib.

Onun sözlərinə görə, 160 min kvadrat metr ərazidə dəmiryol infrastrukturu yaradılacaq və avtomobil yolu tikiləcək.

"Bu təşəbbüsün reallaşdırılması üçün özəl investisiyalar cəlb olunacaq, növbəti iki ildə layihənin başa çatdırılması planlaşdırılır", - deyə o bildirib.

Trend

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et