Ələt Azad İqtisadi Zonası ICD ilə Anlaşma Memorandumu imzalayıb | Banco.az

Ələt Azad İqtisadi Zonası ICD ilə Anlaşma Memorandumu imzalayıb

Ələt Azad İqtisadi Zonası (AFEZA) İslam İnkişaf Bankı Qrupunun (IIB) Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) ilə Anlaşma Memorandumu imzalayıb.

Bu barədə “The Guardian” nəşrinə istinadən xəbər verilir.

Məlumata görə, sənədə AFEZA-nın Direktorlar Şurasının sədri Valeh Ələsgərov və ICD-nin baş direktoru Ayman Amin Sejiny imza atıb. Anlaşma Memorandumu Ələtdə qeydiyyatdan keçəcək şirkətlər üçün şaxələndirilmiş maliyyə mənbələrinin təmin edilməsi imkanlarını araşdırmaq məqsədi daşıyır. Bundan başqa, hər iki tərəf AFEZA-nın ICD üzvü olan ölkələrdə təşviqi üçün birgə fəaliyyət imkanlarını araşdıracaq.

report

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et