Elektron ipotekanın tətbiqinə başlanmışdır | Banco.az

Elektron ipotekanın tətbiqinə başlanmışdır

Ölkədə əhalinin mənzil şəraitinin yaxşılaşdırılmasında ipoteka mühüm rol oynayır.

Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Mərkəzi Bankın sədri Elman Rüstəmov qeyd edib ki, 2014-cü ildə bank sektoru tərəfindən yaşayış sahəsinin alınmasına verilən kreditlərin həcmi 29 faiz artmışdır. İpoteka Fondu tərəfindən ötən il 97 milyon manat ipoteka krediti verilmiş, artıq ipoteka sistemi fəaliyyət göstərdiyi dövrdə 15 min 800-ə qədər ailə ipoteka krediti almışdır. İpotekanı əldə etmək mexanizmini sadələşdirmək, bu sahədə olan bürokratiyanı azaltmaq üçün elektron ipotekanın tətbiqinə başlanmışdır.

Ən sərfəli kredit üçün müraciət et

azertag.az

Ən sərfəli krediti almaq üçün müraciət et