Elektron hökumətə daha bir bank qoşuldu | Banco.az

Elektron hökumətə daha bir bank qoşuldu

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Mərkəzi ilə “Amrahbank” ASC arasında müqavilə bağlanmışdır. Bu barədə Banco.az portalı Nazirliyə istinadən məlumat verir. Beləliklə, artıq bankın kredit müştəriləri onlayn şəkildə və ya bankın filiallarına gələrək kredit rəsmiləşdirilməsi üçün zəruri sənədləri, o cümlədən iş yerlərindən arayışlarını banka təqdim edə biləcəklər. 

Bu məqsədlə bankın filiallarında xüsusi avadanlıqlar quraşdırılmış, “Elektron hökumət” xidmətinin yüksək səviyyədə təşkili üçün portalın əməkdaşları tərəfindən bankın əməkdaşları arasında xüsusi təlim də keçirilib.

Ən sərfəli kredit üçün müraciət et

Siz www.e-gov.az elektron hökumət portalına daxil olaraq "Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi" xidməti vasitəsilə elektron arayışı formalaşdırır və banka göndərir. Elektron portala daxil olmaq üçün isə elektron imza sertifikatı, ASAN imza və ya kod parollardan istifadə etmək olar. Müştərilər elektron portalda onlayn qeydiyyat xidmətindən istifadə etməklə kod parolunu ala bilərlər. Kod parolları, həmçinin Bakı şəhərində və rayon mərkəzlərində bütün poçt şöbələrində ödənişsiz olaraq əldə etmək mümkündür.

Xidmət vasitəsilə siz vaxtınıza maksimum dərəcədə qənaət edəcək, bankın işçiləri isə qərarların daha düzgün və daha tez verilməsinə nail olacaqlar.