Elektron əmək müqaviləsinin hansı müsbət və mənfi tərəfləri ola bilər? - AÇIQLAMA | Banco.az

Elektron əmək müqaviləsinin hansı müsbət və mənfi tərəfləri ola bilər? - AÇIQLAMA

Müəllif - Şəbnəm Mehdizadə, banco.az

Azərbaycanda tam elektron əmək müqaviləsinə keçidlə bağlı qanunvericilik paketi hazırlanıb və yaxın zamanda Milli Məclisə təqdim olunacaq. Bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin gələn ilin dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi ilə bağlı keçirdikləri birgə iclasında bildirib. Nazir qeyd edib ki, növbəti ildə ölkədə bütün əmək müqavilələrinin elektron imzalanması məcburi təmin ediləcək. Onun sözlərinə görə, bununla da artıq əmək kitabçalarına, kağız üzərində əmrləşməyə və digər hallara ehtiyac qalmayacaq.

Maraqlıdır, elektron əmək müqaviləsinin hansı müsbət və mənfi tərəfləri ola bilər? Belə bir həssas mövzuda texnologiyaya nə qədər güvənə bilərik?

Mövzu ilə bağlı Banco.az-danışan iqtisadçı ekspert Cəfər İbrahimli bildirib ki, elektron müqaviləsi işəgötürənə və işçiyə müxtəlif imkanlar təqdim edir:

“Müasir dövr texnologiya dövrüdür. İndi  kağız formasında olan sənədlər əlverişli hesab edilmir. Belə sənədlərin kağız formasında itmə ehtimalı da çoxdur. Buna görə də kağız sənədlər bir o qədər məqsədəuyğun hesab edilmir. Elektron əmək müqaviləsi işçiyə müxtəlif imkanlar təqdim edir. İşçi istədiyi vaxt elektron qaydada öz arxivini çıxara bilir. Həmçinin işəgötürən də işçinin tarixçəsini görə bilir”.

Ekspertin fikrincə, dünya təcrübəsində də kargüzarlıq sahəsində belə texnoloji yeniliklərdən geniş istiadə edilir.

“Azərbaycanda artıq bu sistem işləyir. Bir neçə ildir ki, elektron müqavilələrin bağlanılması prosesi başlayıb. Bununla yanaşı ənənəvi əmək kitabçaları da qalmaqdadır. İndiyə kimi əmək kitabçası şəxslərin üzərində olurdu, o kitabçalara möhür vurulurdu. İşə daxil olduqdan sonra işdən azad olana qədər bu kitabça mütləq idarədə olmalı idi. Lakin hesab edirəm ki, bu hər iki tərəf üçün əlavə iş yükündən başqa bir şey deyil. Görünür tətbiq olunan mexanizm uğurlu alınıb. Son dövrlər bununla bağlı alt struktur yaradıldı və bəzi yeniliklər əlavə olundu.  Dünya təcrübəsində də kargüzarlıq sahəsində belə texnoloji yeniliklərdən geniş istiadə edilir. Müəyyən texnoloji problemlər yaşana bilər, lakin məlumatlar yalnız bir serverdə saxlanılmır. Ona görə də məlumatların itməsi ilə bağlı təhlükə minimumdur”.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et